Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Rusiya aviaşirkəti Azərbaycana uçuşları dayandırdı

28.12.2024 14:35 1 932
Rusiya aviaşirkəti Azərbaycana uçuşları dayandırdı
Rusiyanın "Azimut" aviaşirkəti Mineralnıye Vodı və Soçidən Azərbaycana uçuşları ləğv edib.

Bu barədə aviaşirkətin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, "Azimut" Mineralnıye Vodıdan Bakı və Gəncəyə, həmçinin Soçidən Bakıya reyslərini dayandırıb.

Buna səbəb kimi Azərbaycan Dövlət Mülki Aviasiya Agentliyi tərəfindən uçuş icazəsinin ləğv etməsi göstərilir.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb.

Son xəbərlər