Mojo.az Banner
23:14 “Çudo Peçka”nın sahibi 9 il sonra azadlığa çıxdı  |     23:01 "Qarabağ"ın U-19 komandasının rəqibi bəlli oldu  |     22:56 Roza prezidentlərin qarşısında çıxış etdi (VİDEO)  |     22:49 Dubay və Misirə səyahət etmək istədilər, dələduzluğun qurbanı oldular  |     22:43 Bu bölgədə alkoqollu içkiyə xərclənən vəsait kəskin artıb - Rayonlar üzrə siyahı  |     22:35 Azərbaycan və Çin Xəzərdə enerji layihələrini müzakirə etdi  |     22:30 267 nəfəri daşıyan gəmi 20 dəqiqəyə batdı: Faciədən sağ çıxanlar danışdı  |     22:24 Heydər Əliyev Mərkəzi Özbəkistan bayrağının rəngləri ilə işıqlandırılıdı  |     22:16 Trampdan XƏBƏRDARLIQ: "İrana ən böyük hücum hələ qarşıdadır"  |     22:04 Leyla Abdullayeva Paris merinə ETİRAZ MƏKTUBU ünvanladı  |     21:59 Bakıda 46 küçədə təmir işləri yekunlaşdı  |     21:33 Cem Yılmaz xəstəxandan evə buraxıldı  |     21:26 Sirkədən zəhərlənən şəxs xəstəxanada öldü  |     21:21 Kosmosa uçan ilk jurnalist vəfat etdi  |     21:14 3 uşaqlı ailələrə müavinət veriləcək? - Deputatdan AÇIQLAMA  |     21:08 Honda və Nissan əməkdaşlıq edəcək  |     21:00 Sabah universitetlərin boş qalan plan yerlərinə və kolleclərə ixtisas seçimi başa çatır  |     20:55 Bu bürclər seçim qarşısında qalacaq  |     20:49 Avropada ən çox satılan avtomobillər: Bu modelin satışları sürətlə artır  |     20:42 Balıq mövsümü başladı: Qiymətlər necədir?  |    
Left Banner
Right Banner

Təyyarə qəzasında ölən futbolçunun baş məşqçisi: "Çox tərbiyəli, ədəbli, yerini bilən uşaq idi"

27.12.2024 13:04 1 320
Təyyarə qəzasında ölən futbolçunun baş məşqçisi:
"Çox tərbiyəli, ədəbli, yerini bilən uşaq idi".

Median.Az
xəbər verir ki, bunu "Report"a açıqlamasında Qazaxıstanın Aktau şəhəri yaxınlığında təyyarə qəzasında vəfat edən "Gənclik" futbol klubunun üzvü Məhəmmədəli Eqanovun baş məşqçisi Vasif Rzayev deyib.

O, tələbəsinin qəza xəbərini oxuyanda şoka düşdüyünü bildirib:

"Qəza xəbərini oxuyandan sonra atası ilə əlaqə saxladıq və başsağlığı verdik. Məhəmmədəli yeni ili Qroznı şəhərində qarşılamaq üçün yollanıbmış. Atası hazırda Aktau şəhərindədir və oğlunun nəşini gətirmək üçün ora gedib. Bizim üçün ağır dərddir. Təyyarə qəzasında dünyasını dəyişən insanlara Allahdan rəhmət diləyirəm. Yaralılara şəfalar diləyirəm".

Baş məşqçi Məhəmmədəlinin ötən ildən məşqlərə qoşulduğunu söyləyib:

"2023-cü ildən bizim məşqlərə qatılırdı. Komandamızın heyətində bir çox yoxlama görüşlərində iştirak edib. Məşqlərdə özünü çox intizamlı aparırdı. Çox tərbiyəli, ədəbli, yerini bilən uşaq idi. Məşqçi-müəllimlərin və komanda yoldaşlarının rəğbətini qazanmışdı. İstedadı var idi, məşqlərdən olan video görüntülərini paylaşmışdıq. Orta məktəbdə dərslərindən yüksək qiymətlər aldığını eşitmişdim. Onu belə bir qəzada itirdiyimiz üçün çox üzgünük".

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.скачать dle 11.3
Mojo.az Banner