Mojo.az — elanlar
Son Xəbərlər
23:00 Bu 3 bürcün kişiləri xanıma pul xərcləməkdən zövq alır  |     22:54 Evinin "kupça"sı olmayanlara şad xəbər  |     22:49 Rusiyaya məxsus qırıcı təyyarə yerə çırpıldı  |     22:37 Konstitusiya Məhkəməsi bu məsələlərlə bağlı qərar qəbul etdi  |     22:30 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     22:24 2 vəkilə töhmət verildi  |     22:15 Əsas yolda asfalt örtüyü dağılıb - VİDEO  |     22:10 Lerikdə qızıl axtaranlar tutuldu - Biri qayadan yıxılıb öldü  |     22:02 Bu ölkədə ölüm hökmü bərpa edildi  |     21:57 Sevinərkən 800 manatadək cərimələnə bilərsiniz - DİQQƏT  |     21:50 Xəzərdə 200-ə yaxın nərə balığı ölü tapıldı  |     21:43 Bakıda əsas yol 3 günlük təmirə bağlanacaq - Bu saatlarda  |     21:41 Bakının mərkəzi küçəsində ölüm  |     20:52 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     20:51 Bakıda Azərbaycan-İtaliya Biznes Forumu keçiriləcək  |     20:48 Bakıda 25 il əvvəl törədilmiş qətlin üstü açıldı  |     20:23 "Gəncə Mall"da oğurluq  |     19:55 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib  |     19:36 Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - Foto  |     19:20 Dəhşətli qətlin şok təfərrüatı: Şəxs öldürüləndən sonra saxta mesajla maaşı alınıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Təyyarə qəzasında həlak olan Hökumə Əliyevanın da cəsədi tapıldı (YENİLƏNİB)

26.12.2024 13:11 2 904
Təyyarə qəzasında həlak olan Hökumə Əliyevanın da cəsədi tapıldı (YENİLƏNİB)
AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması zamanı üç ekipaj üzvü həlak olub.

Median.Az
bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat yayıb.

Bildirilib ki, hər üç ekipaj üzvünün - pilot İqor Kşnyakin, pilot Aleksandr Kalyaninov və stüardessa Hökumə Əliyevanın cəsədləri aşkarlanıb.

* * * * *

Aktau yaxınlığında baş verən "Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinin "Embraer 190" təyyarəsinin qəzasında həlak olanlardan yeddi nəfərin şəxsiyyəti dəqiqləşdirilib.

Bu barədə Qazaxıstan FHN-dən xəbər verilib.

Xilasedicilər xatırladıb ki, əvvəlki gün 38 nəfərin cəsədi aşkar edilib və məhkəmə-tibbi ekspertiza mərkəzinə təhvil verilib, onlardan altısı Qazaxıstan vətəndaşı və üçü ekipaj üzvü olub.

"Ekspertlər həmçinin faciə yerində tapılan "qara qutu" üzərində işləyirlər, buna görə 24 saatlıq növbə təşkil edilib. Fəsadların aradan qaldırılmasında 306 nəfər, 101 texnika, 2 hava gəmisi və 6 kinoloji hesablama cəlb edilib. Fəlakətlər Təbabəti Mərkəzinin psixoloqları Aktauya gələn qohumlara yardım göstərməyə davam edir", - deyə qurumdan bildirilib.

Xatırladaq ki, AZAL-a məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğrayıb. İlkin ehtimallara görə, hadisəyə səbəb hava gəmisinin quş dəstəsiylə toqquşması olub. Təyyarədə 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər (37 Azərbaycan, 16 Rusiya, altı Qazaxıstan və üç Qırğızıstan vətəndaşı) olub.

Son xəbərlər