Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

"Embraer": "AZAL-ın qəzaya uğrayan təyyarəsinin göyərtəsində defekt aşkar edilməyib"

26.12.2024 12:43 2 541
Braziliyanın "Embraer" təyyarə istehsalçısı şirkəti Aktaudakı təyyarə qəzası ilə əlaqədar açıqlama verib.

Şirkət tərəfindən "Sputnik Qazaxıstan"a verilən açıqlamada qeyd olunur ki, şirkət tərəfindən aparılan araşdırma nəticəsində təyyarənin göyərtəsində uçuşlara mane olacaq heç bir defekt (nöqsan) aşkar edilməyib.

"Biz bütün prosesləri yaxından izləyirik və müvafiq orqanlara tam dəstək verməyə hazırıq" - "Embraer"in açıqlamasında bildirilib.

Xatırladaq ki, dekabrın 25-də "Azərbaycan Hava Yolları"nın Bakı-Qroznı reysini yerinə yetirən "Embraer" təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb.

Təyyarənin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Məlumata görə, sərnişinlərin 29-u sağdır.

Son xəbərlər