Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb | 20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər | 19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb | 19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi | 19:19 Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edilib | 19:09 Gəncədə kişini benzin tökərək diri-diri yandırdılar: Dörd nəfərə hökm oxundu | 18:58 Aslan Fətullayevin nəşinin Azərbaycana gətiriləcəyi və dəfn olunacağı vaxt açıqlandı | 18:50 Paşinyan Ərdoğanla danışıqlar aparır - Görüşdən ilk detallar |
Mojo.az Avto
Mojo.az Avto

Mədəniyyət Nazirliyinin vəzifəli şəxsi işindəki nöqsanlara görə cərimə edildi

20.12.2024 16:55 987
Mədəniyyət Nazirliyinin vəzifəli şəxsi işindəki nöqsanlara görə cərimə edildi
Mədəniyyət Nazirliyinin Bakı şəhər Mədəniyyət Baş İdarəsinin tabeçiliyində fəaliyyət göstərən Qızıldaş Mədəniyyət Mərkəzinin direktor əvəzi Süleymanlı Leyla Zabit qızı barəsində cərimə protokolu tərtib edilib.

Leyla Süleymanlıya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə cərimə yazılıb.

192.4-cü maddə işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsi ilə bağlıdır.

Maddədə inzibati cəza növü kimi vəzifəli şəxslərin 700 manatdan 1500 manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur.

Leyla Süleymanlının isə dövlət qurumunun qərarı ilə razılaşmayaraq, cəriməni ödəməkdən boyun qaçırdığı iddia edilir. O, 2020-ci ildən Ə.Əmirov adına Mədəniyyət Sarayının direktoru vəzifəsində çalışır. Bakı şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev tərəfindən sözügedən şəxsin nümunəvi işçi olması önə çəkilərək, 2024-cü ilin fevral ayından etibarən bir müddət Qızıldaş Mədəniyyət Mərkəzinin direktor vəzifəsini də icra etmək müvəqqəti olaraq Leyla Süleymanlıya tapşırılıb. Leyla Süleymanlı mərkəzdə rəsm müəllimi olaraq çalışmış Əzimov Müslüm Hacıbaba oğlunun şikayəti əsasında cərimələnib. O, Leyla Süleymanlını son əmək haqqını bilərəkdən gecikdirməkdə ittiham edilib.

Lakin Leyla Süleymanlı əmək haqqlarının verilməsi vaxtının onun səlahiyyətində olmadığını deyərək, gecikməyə görə cərimənin şəxsən ona yazılmasına etiraz edib. Yəni, gecikməyə görə Bakı şəhər Mədəniyyət Baş İdarəsi və idarə rəisi İbrahim Əliyev məsuliyyət daşıyır.

Məsələ ilə bağlı Qaynarinfo-nun sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən bildirilib ki, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən Qızıldaş qəsəbə Mədəniyyət Mərkəzində işçinin əmək hüquqlarının pozulması barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət daxil olub. Müraciət araşdırılıb və vətəndaşa son haqq-hesabın gecikdirilərək ödənildiyi məlum olub.

Nəticədə Mərkəzin direktoru vəzifəsini müvəqqəti icra edən şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilərək inzibati tənbeh vermə haqqında qərar qəbul olunub. İnzibati cərimə tənbeh növü tətbiq edilib və tətbiq edilmiş inzibati cərimə tam şəkildə ödənilib.

Qeyd edək ki, Leyla Süleymanlı hazırda Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeçiliyində fəaliyyət göstərən Əli Əmirov adına Mədəniyyət Sarayının direktorudur.

Son xəbərlər