Mojo.az Banner
23:00 Azərbaycanda 4 günlük iş həftəsi mümkündürmü?  |     22:49 İranda yanacaqdaşıyan maşının partlaması nəticəsində 10 nəfər ölüb  |     22:35 Bu bürclər üçün qeyri-adi günlər başlayır  |     22:26 Kəlbəcərdə avtomobil çaya düşüb, sürücü xəsarət alıb - (Foto)  |     22:18 İnsan saçı qalınlığındakı kristallar 454 milyon illik sirri açdı  |     22:11 ABŞ İranın 3 neft tankerini vurdu  |     22:05 Əməkdar həkim vəfat etdi  |     21:58 Türkiyəli müğənni Tuğba Ekinci saxlanıldı  |     21:52 Kremldə Putinlə Uitkoff və Kuşner arasında görüş başlayıb - VİDEO  |     21:41 Yəməndə baş verən toqquşmalarda 60-dan çox insan ölüb  |     21:32 Ən qonaqpərvər BÜRCLƏR  |     21:22 İranda neft tanker partlayıb, on nəfər ölüb  |     21:15 Türkiyəli müğənni Tuğba Ekinci saxlanıldı  |     20:59 Ayfon-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu  |     20:51 Premyer Liqa: "Sabah" "Zirə"ni darmadağın etdi  |     20:46 Azərbaycanda bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək?  |     20:22 Turizm səfərləri təşkil etmək adı ilə vətəndaşları aldadan şəxs həbs edilib  |     20:20 Məşhur türkiyəli aktyor evində ölü tapıldı  |     20:02 Zelenski: "Ukrayna Moskvaya zərbələri dayandırmağa hazırdır"  |     20:00 Azərbaycanda müəllim vəfat etdi  |    
Left Banner
Right Banner

Əhməd İsmayılov: "Ənənəvi media süni intellektin yaratdığı imkanları dəyərləndirməlidir"

17.12.2024 18:32 1 848
Əhməd İsmayılov:
"Ənənəvi mediada süni intellektin yaratdığı imkanlar və risklər dəqiq dəyərləndirilməklə istifadə edilməlidir".

"Report" xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin (MEDIA) İcraçı direktoru Əhməd İsmayılov "Media Savadlılığı" konfransında deyib.

Ə.İsmayılov bildirib ki, yeni medianın məzmun istehsalında peşəkarlığının artırılması, öz növbəsində, cəmiyyətin media savadlılığının yüksəldilməsində mühüm əhəmiyyət daşıyır.

Onun sözlərinə görə, media savadlılığının artırılması kifayət qədər miqyaslı və cəmiyyətin bütün seqmentlərini əhatə edən davamlı prosesdir:

"Bu, bir tərəfdən media təhsilinin təkmilləşdirilməsini, digər tərəfdən mediada savadlı istehlakçıların yetişdirilməsini ehtiva edir. Beynəlxalq təcrübədə ölkələr tərəfindən media savadlılığının artırılması istiqamətində ən çox istifadə edilən strategiya mövzunun bir çox səviyyələrdə tədris sisteminə daxil edilməsi və bununla bağlı koordinasiyalı tədbirlərin görülməsidir".

Agentlik rəhbəri deyib ki, müvafiq maarifləndirici internet saytlarının yaradılması, media savadlılığı strategiyalarına uyğun olaraq məsul qurumlar tərəfindən hazırlanan və mütəmadi yenilənən milli nəşrlərin əhali tərəfindən mənimsənilməsi və həm nəzəri, həm də təcrübi olaraq bacarıqların təkmilləşdirilməsi diqqətdə saxlanılan istiqamətlərdəndir.скачать dle 11.3
Mojo.az Banner