Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Mingəçevirdə güclü küləyin fəsadları: 120 ağac qırılıb, 25-dən çox tikiliyə ziyan dəyib

14.12.2024 18:31 1 023
Mingəçevirdə güclü küləyin fəsadları: 120 ağac qırılıb, 25-dən çox tikiliyə ziyan dəyib
Güclü külək nəticəsində Mingəçevir şəhəri ərazisində 120 ədəd ağac qırılıb, küçələrdə nəqliyyat vasitələrinin hərəkətinə maneə yaranıb.

Bu barədə Mingəçevir şəhər Fövqəladə Hallar Komissiyası məlumat yayıb.

Qeyd olunub ki, 15 yaşayış binasının dam örtüyünü külək uçurub, 9 fərdi evin dam örtüyünə ziyan vurub, 3 ədəd fərdi evin həyətində daş hasar aşıb. Qopan dam örtüyünün şiferləri 3 nəqliyyat vasitəsinin üzərinə düşərək zədələyib, 1 səhiyyə, 1 mədəniyyət, 3 təhsil müəssisəsinin binasının dam örtüyünə, 1 yanacaqdoldurma məntəqəsinə ziyan dəyib.

Bundan başqa, telefon, işıq və internet xətləri qırılıb. Şəhərdə elektrik enerjisinin təchizatında fasilə yaranıb.

Bildirilib ki, şəhər Fövqəladə Hallar Komissiyası tərəfindən dərhal təxirəsalınmaz tədbirlər həyata keçirilməyə başlanıb, hazırda bərpa işləri davam etdirilir.

Son xəbərlər