Mojo.az Banner
13:00 14 yaşlı qızın videolarını yayan şəxs həbs edildi  |     12:52 "70 cür yemək yeyirlər, sonra zəhərlənirlər" – Mütəxəssis  |     12:45 Pendir istehsal edən sexin vəziyyəti təəccübləndirdi - Video  |     12:43 Rəsmi Bakıdan şəhidimizin adını daşıyan gəmiyə dron hücumu məsələsinə reaksiya  |     12:39 Əli Əsədovdan cərimə duracaqları və qarajlarla bağlı mühüm qərar  |     12:37 Sahibkarlara maliyyə yardımı ilə bağlı yeni qərar  |     12:33 Azərbaycan nefti bahalaşıb  |     12:22 UEFA Millətlər Liqasında günün oyunları: Xorvatiya İspaniyaya qarşı  |     12:21 Zəngilanda dəhşət: Fəhlələri daşıyan mikroavtobus qaynaqçını vuraraq öldürdü  |     11:55 Həccə gedəcək zəvvarların nəzərinə: Yeni tələblər olacaq - Video  |     11:53 Fransada məktəblilərin etirazları: 190-dan çox şagird yaralanıb  |     11:48 Tələbənin ölümünə səbəb olan sürücüyə cəza verildi - Təfərrüat  |     11:31 Azərbaycanda polkovnik həbs edildi  |     23:01 Şamaxıda gecəyarısı vətəndaşın obyektini sökən şirkət kimindir? (VİDEO)  |     22:57 Zirzəmidə yıxılıb çarəsiz qalan şəxs xilas olundu (VİDEO)  |     22:51 Azərbaycanda uzunömürlülərin sayı - MARAQLI STATİSTİKA  |     22:45 Ceyhun Bayramovla Marko Rubio arasında telefon danışığı aparıldı  |     22:40 Türkiyədə iki futbol hakimi həbs olundu  |     22:31 Ucarda şagirdin məktəbdən kənarlaşdırılması narazılıq yaradıb - VİDEO  |     22:26 Xalq artisti xəstəxanadan evə buraxıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Tramp ABŞ səmasında naməlum pilotsuz təyyarələrin vurulmasını təklif edib

14.12.2024 13:25 1 962
Tramp ABŞ səmasında naməlum pilotsuz təyyarələrin vurulmasını təklif edib
ABŞ-nin yen seçilmiş Prezidenti Donald Tramp Nyu-Cersi və Nyu-York ştatları üzərində müşahidə edilən naməlum pilotsuz uçuş aparatlarının, ölkə hakimiyyəti onlar haqqında daha ətraflı məlumat açıqlamadığı təqdirdə, vurulmasını təklif edib.

Tramp bu barədə "Truth Social" sosial şəbəkəsində yazıb.

"Ölkə boyu sirli dronlar müşahidə edilib. Bu həqiqətən hökumətimizin xəbəri olmadan baş verə bilərmi? Mən belə düşünmürəm! İctimaiyyətə indi açıqlayın! Əks halda - onları vurun!" - deyə o qeyd edib.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlər üçün brifinqdə bildirib ki, Daxili Təhlükəsizlik Nazirliyi və Federal Təhqiqat Bürosu Nyu-Cersi üzərindəki pilotsuz təyyarələr məsələsi ilə məşğul olur. O qeyd edib ki, ABŞ hakimiyyəti bu problemə ciddi yanaşır.

Daha əvvəl standart həvəskar aparatlardan daha böyük olan sirli dronlar xüsusi əhəmiyyətli obyektlərin, o cümlədən Morris dairəsindəki "Picatinny Arsenal" hərbi obyektinin (silahlanma sahəsində tədqiqat və inkişafla məşğul olur) və ABŞ-nin seçilmiş Prezidenti Donald Trampın Bedminsterdəki qolf klubunun yaxınlığında müşahidə edilib.скачать dle 11.3
Mojo.az Banner