Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb | 20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər | 19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb | 19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi |
Mojo.az Avto
Mojo.az Avto

“Coca-Cola”ya qarşı uşaqlarda asılılıq yaratdığına görə məhkəmə iddiası qaldırılıb

13.12.2024 21:07 1 284
“Coca-Cola”ya qarşı uşaqlarda asılılıq yaratdığına görə məhkəmə iddiası qaldırılıb
“The Coca-Cola Company”yə qarşı istehsal etdiyi məhsullarının uşaqlarda asılılıq yaratdığına görə tarixdə ilk dəfə məhkəmə iddiası qaldırılıb.

Bu barədə “Morgan & Morgan” hüquq firması məlumat yayıb.

ABŞ sakini Brüs Martinez “The Coca-Cola Company”, “Mondelez International” və daha 9 alkoqolsuz içki və şirniyyat istehsalçısına qarşı tarixdə ilk dəfə məhkəmə iddiası qaldırıb. İddiaya səbəb onların məhsullarının uşaqlarda asılılıq və xroniki xəstəliklər yarada bilməsidir.

B.Martinez qeyd edib ki, adı çəkilən şirkətlərin məhsullarının, o cümlədən “Coca-Cola” və “Pepsi” içkilərinin, həmçinin “Mars” şokoladının istifadəsi nəticəsində 16 yaşında olarkən onda II növ şəkərli diabet və qaraciyərində xəstəlik yaranıb. İddiada qeyd olunub ki, qida sənayesi nəhəngləri məhsulları dərin emal prosesindən keçirirlər. Belə məhsullar uşaqlarda asılılıq yarada və xroniki xəstəliklərə səbəb ola bilər.

“Dərin emal prosesindən keçən qida məhsulları ilə bağlı faktlar şirkətlərin öz məhsullarını alan insanların sağlamlığı və təhlükəsizliyindən daha çox mənfəəti üstün tutmasının bariz nümunəsidir”, - hüquq firmasının tərəfdaşı Mayk Morqan vurğulayıb.

Onun sözlərinə görə, qazlı içki və şirniyyat istehsalçılarının fəaliyyətinin nəticələri minlərlə uşaq və ailəyə zərər verə bilərdi.

“Morgan & Morgan”ın hüquqşünasları ABŞ-də uşaqların qida rasionunun təxminən 67 %-nin dərin emal prosesindən keçən məhsullarından ibarət olduğunu göstərən araşdırmalara istinad edirlər. Eyni zamanda, yetkin amerikalıların azı 14 %-də və uşaqların 12 %-də belə qidalanmadan asılılıq əlamətləri müşahidə olunub. İddiada həmçinin belə məhsullarının istifadəsinin xərçəng, ürək-damar xəstəlikləri, demensiya və digər ağır xəstəliklərə səbəb ola biləcəyini göstərən elmi məlumatlar da yer alıb.//report

Son xəbərlər