Mojo.az Banner
17:20 Şamaxı və Şahdağa dolu düşüb - FAKTİKİ HAVA  |     17:09 Bakıda "lombard əməliyyatı": 22 800 manatlıq dələduzluğun TƏFƏRRÜATI  |     16:59 Hava çirkliliyinin təsirlərindən qoruyan QİDALAR  |     16:57 Bakıda ağac aşdı – Avtomobilə ciddi ziyan dəydi (FOTO)  |     16:33 Azərbaycanda müəllim vəfat edib - FOTO  |     16:31 Sərxoş sərnişini oturacağa bağladılar - FOTO  |     16:25 Zəngəzur dəhlizinə görə yeni güzəştlər olacaq  |     16:21 Azad edilmiş ərazilərdə daha 168 mina aşkarlandı  |     16:15 Azərbaycanla bu ölkə arasında viza rejiimi ləğv olunur  |     16:12 Qubada kanaldan meyit tapılıb  |     16:03 Dünya bazarında neftin qiyməti son bir ayın maksimumuna çatıb  |     15:54 Prezidentin yüksək vəzifəyə təyin etdiyi Osman Xaliyev KİMDİR? - DOSYE  |     15:49 Xırdalanda şüşə balkon qırıldı, qadının başına düşdü - Video  |     15:22 Azərbaycana ilk qar yağacaq - Bu tarixdə  |     15:14 Yeddi nəfəri aldadaraq 120 min manatlıq ziyan vuran şəxs HƏBS EDİLDİ  |     15:12 Bakıda məhkumun həbsdən əvvəl gizlətdiyi "Kalaşnikov" avtomatı tapılıb  |     13:36 Bakıda məhkuma aid silah-sursat aşkarlandı  |     13:21 Metroda gediş haqqı artırılacaq? - RƏSMİ  |     13:19 Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz  |     13:17 Taksi sürücüləri uşaqlı sərnişinləri daşımaqdan niyə imtina edirlər? - VİDEO  |    
Left Banner
Right Banner

Ailə qurmağa razılıq verməyən qızı küçədə öldürən şəxslə bağlı qərar verildi

13.12.2024 13:27 1 278
Ailə qurmağa razılıq verməyən qızı küçədə öldürən şəxslə bağlı qərar verildi
Ali Məhkəmədə Bakıda qətl törətməkdə təqsirləndirilən Pərviz Paşapurun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, şikayət təmin edilməyib.

Qeyd edək ki, hadisə 2012-ci ildə Yasamal rayonu ərazisində baş verib. Şəki şəhər sakini, 24 yaşlı Pərviz Paşapur yaşadığı evin qarşısında 18 yaşlı Günel Nəsirovaya səkkiz bıçaq zərbəsi vurub. Qız xəstəxanaya çatdırılsa da, çoxlu qan itirdiyindən orada dünyasını dəyişib.

Hadisədən təxminən dörd saat sonra Pərviz Paşapur polisə gələrək könüllü təslim olub.

İstintaqla müəyyən olunub ki, Pərviz Paşapur mobil telefonla mərhumun anasına zəng edərək, qızı Günelin onunla danışmadığı halda onu öldürəcəyi ilə hədələyib.

Bundan sonra Paşapur əvvəllər elçi göndərməsinə baxmayaraq, Günelin ona ərə gəlməməsini bəhanə edib, sonuncunu həyatdan məhrum etmək qərarına gəlib.

Bu məqsədlə o, saat 16:40-dan Şərifzadə küçəsində, marketin qarşısında Günelin işdən çıxmasını gözləyib.

Saat 21 radələrində Günelin iş yoldaşı ilə işdən çıxdığını görən Pərviz onun arxasınca gəlib, evin qarşısında Nəsirovanı yıxıb üzərindəki bıçaqla çoxsaylı xəsarətlər yetirərək qızı xüsusi amansızlıqla qəsdən öldürüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 6 noyabr 2012-ci il tarixli hökmü ilə Pərviz Paşapur 15 il müddətinə azadlıqdan məhrum edilib. O, hökmdən apellyasiya şikayətinin verilməsi müddətini buraxıb. Təqsirləndirilən şəxs 12 ildən sonra müddətin bərpa edilməməsinə dair məhkəməyə müraciət edib. Lakin şikayət təmin olunmayıb. Daha sonra Pərviz həmin qərardan apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi onu şikayətini təmin etməyib.скачать dle 11.3
Mojo.az Banner