Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
20:56 İcbari tibbi sığorta ödənişi ilə bağlı dəyişiklik  |     20:45 Şəmkirdə qonşular arasında dava: Bir nəfər bıçaqlanaraq öldürüldü  |     20:45 Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edilib  |     20:25 Bakıda poliklinikada rentgen plyonkası elektrik plitəsi ilə qurudulur? - Foto  |     20:13 Azərbaycanda ən uzun ömürlü insanların yaşadığı rayonlar (SİYAHI)  |     20:07 İspaniyada üçgünlük matəm elan edildi  |     19:55 Sabah bəzi yollar bağlanacaq - Foto  |     19:46 Leyla Əliyeva UNESCO-nun baş direktorunun müavini ilə görüşüb  |     19:30 Nağdsız ödənişlərlə bağlı AÇIQLAMA  |     19:16 Azərbaycan XİN İspaniyaya başsağlığı verib  |     19:00 "Qarabağ"ın U-19 komandası "Dinamo"ya uduzub Futbol  |     18:56 VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi keçirilib  |     18:53 Leyla Əliyeva və Arzu Əliyeva "Cənnətin ariyası" adlı layihə çərçivəsində təqdim olunan konsertdə iştirak ediblər - Foto  |     18:34 İrana qaz Azərbaycandan keçəcək? - Rusiya danışıqların təfərrüatını açıqladı  |     18:22 Astroloqdan 3 günlük xəbərdarlıq: Köhnə sirrlər açılacaq, mübahisələr alovlanacaq  |     18:07 Sabiq bankirin oğlunun məhkəmə işi: "Səsyazısı var, 300 min dollarımı ələ keçirib"  |     17:53 Azərbaycan Məkkə əl-Mükərrəmə Konvensiyasını imzalayıb  |     17:43 AFFA "Səbail"in prezidenti Mirzə Bayrampuru 4 oyunluq cəzalandırıb  |     17:23 Yaxın qohumların dələduzluq əməlləri: Dəyən ziyan 5 milyon manata çatdı  |     17:19 Bakıda idarə rəisi vəzifəsindən azad edildi  |    
Mojo.az Avto
Mojo.az Avto

Füzulidə qəzaya düşən ANAMA əməkdaşlarının SON VƏZİYYƏTİ AÇIQLANDI (YENİLƏNİB)

09.12.2024 17:54 1 608
Füzulidə qəzaya düşən ANAMA əməkdaşlarının SON VƏZİYYƏTİ AÇIQLANDI (YENİLƏNİB)
"Dekabrın 9-u saat 7-də üç nəfər Füzuli rayonu Horadiz şəhər sakini (hər üçü kişi cinsli) müxtəlif xəsarətlərlə Füzuli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib".

Bu barədə oxu.az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Məlumatda bildirilib ki, yaralılara lazımi tibbi müdaxilələr edilib:

"1990-cı il təvəllüdlü şəxsə sol bud sümüyünün qapalı yerdəyişən sınığı, sol aşıq və çənə sümüklərinin açıq sınığı, qapalı kəllə-beyin travması, baş beynin silkələnməsi, 1995-ci il təvəllüdlü şəxsə qapalı kəllə-beyin travması, baş beynin silkələnməsi, üzün çapılmış yaraları, 2000-ci il təvəllüdlü şəxsə isə qapalı kəllə-beyin travması, baş beynin silkələnməsi, beyin kötüyünün əzilməsi diaqnozu qoyulub.

Onlardan 1990 və 2000-ci il təvəllüdlü şəxslərin vəziyyəti ağır qiymətləndirildiyindən Gəncə şəhərindəki özəl tibb müəssisəsinə təxliyə ediliblər. Vəziyyəti orta ağır qiymətləndirilən 1995-ci il təvəllüdlü şəxsin də ixtisaslı yardım alması üçün təxliyə prosesi ilə bağlı zəruri addımlar atılır", - deyə məlumatda qeyd olunub.

* * * * *

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları Füzulidə qəzaya düşüblər.

Median.Az
"Trend"ə istinadən xəbər verir ki, hadisə rayonun Horadiz şəhəri ərazisində baş verib.

Belə ki, rayonun Qayıdış 3 qəsəbə sakini, 1995-ci il təvəllüdlü Samir Salman oğlu Qəhrəmanov BMW markalı avtomobilin idarəetməsini itirib və maşın yol kənarına yuvarlanıb. Nəticədə sürücü S.Qəhrəmanov, avtomobildə olan rayonun Qayıdış 3 qəsəbə sakini, 2000-ci il təvəllüdlü Ramiz İlqar oğlu Bəylərzadə və Qayıdış 2 qəsəbə sakini, 1990-cı il təvəllüdlü Mustafa Yusif oğlu Qasımov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Füzuli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. İlkin yardım göstəriləndən sonra R.Bəylərzadə və M.Qasımov Gəncə Şəhər Xəstəxanasına göndəriliblər. Sürücü S.Qəhrəmanovun da Gəncə Xəstəxanasına göndərilməsi üçün zəruri işlər görülür.

Qəza zamanı xəsarət alanların ANAMA əməkdaşları olduğu bildirilir.

Son xəbərlər