Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:14 Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu  |     22:50 Türkiyədə bələdiyyə məclisinin üzvü mübahisə zamanı öldürüldü  |     22:23 Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - Foto  |     22:05 55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək?  |     22:03 Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - Foto  |     21:43 Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək  |     21:41 Yağların bahalaşmasının səbəbi məlum oldu: İdxal və istehsal amili  |     21:32 Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək  |     21:20 Pyerluici Kollina da Bakıya gəldi - Video  |     20:59 Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib  |     20:44 Ərdoğan: "Türk dövlətləri ilə birliyimizi pozmaq istəyənlərin qarşısında birlikdə dayanacağıq"  |     20:29 "Avrasiya" Hospitalının sahibi məhkəməlik oldu: Əmlaklarına həbs qoyuldu  |     20:09 FİFA U-15: Azərbaycan millisi Haiti yığmasına məğlub oldu  |     20:00 Keçmiş icra başçısı vəfat etdi  |     19:52 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb  |     19:16 Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi  |     18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Əsgərlərlə görüşlərə müvəqqəti məhdudiyyət qoyuldu: Məktəblərdə də qapanma gözlənilir? (AÇIQLAMA)

09.12.2024 14:00 1 479
Əsgərlərlə görüşlərə müvəqqəti məhdudiyyət qoyuldu: Məktəblərdə də qapanma gözlənilir? (AÇIQLAMA)
Azərbaycanın Müdafiə və Səhiyyə nazirlikləri qış mövsümündə havanın temperaturunun enməsi ilə əlaqədar birgə məlumat yayıblar.

Məlumatda bildirilir ki, son günlər ölkədə soyuq hava şəraiti səbəbindən mövsümi respirator virus infeksiyalarına yoluxma hallarının artması ehtimalı olduğu üçün adaptasiya dövründə olan gənc əsgərlərin sağlamlığının qorunması məqsədilə hərbi hissələrdə onlarla görüşlərə müvəqqəti məhdudiyyət qoyulub.

Yenidən virus yayılma ehtimalı varmı? Bu məhdudiyyət orta və ali məktəblərə, uşaq bağçalarına da şamil oluna bilərmi?

Səhiyyə Nazirliyinin Media və kommunikasiya şöbəsindən oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda virus yayılması ilə bağlı heç bir təhlükə yoxdur.

"Müdafiə Nazirliyindən mövsümlə əlaqədar daxil olan müraciət əsasında birgə məlumat yayımlanıb", - deyə açıqlamada bildirilir.

Öz növbəsində Elm və Təhsil Nazirliyinin Mətbuat Xidməti də məsələ ilə bağlı oxu.az-ın sorğusuna cavab olaraq belə bir məsələnin gündəmdə olmadığını vurğulayıb.

"Belə bir məsələ aktual deyil. Hərbi hissədə əsgərlər gün ərzində birlikdə yaşayırlar, yeyirlər və s. Ona görə də onlar müəyyən qədər qapalı şəraitdə sayılırlar. Tələbə və şagirdlərlə isə bu, belə deyil. Onlar dərsdən çıxıb yenə də evə gedirlər. Qapalı məkanda qalmırlar", - deyə açıqlamada bildirilir.

Qeyd edək ki, qış mövsümündə soyuqdəymə və qrip kimi virus infeksiyaları geniş yayılır. Həkimlər xüsusilə risk qrupuna daxil olan uşaqların, yaşlıların və xroniki xəstəlikləri olanların qorunması üçün profilaktik tədbirlərə əməl etməyi tövsiyə edirlər.

Son xəbərlər