Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Bakıda 86 yaşlı kişini maşın vuraraq öldürdü

04.12.2024 11:49 849
Bakıda 86 yaşlı kişini maşın vuraraq öldürdü
Bakıda 86 yaşlı kişini maşın vurub.

Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə dünən Nəsimi rayonunda baş verib.

Belə ki, Hikmət Əsədov idarə etdiyi "Chevrolet Cobalt" markalı avtomobillə 1938-ci il təvəllüdlü İbrahim Mustafayevi vurub.

Piyada hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi açılıb.

Son xəbərlər