Mojo.az Banner
23:01 Ermənistan Rusiyadan rəsmi şikayət edib  |     22:55 Balaxanıda baş vermiş yanğın söndürüldü  |     22:47 “İnstagram”da yeni trend  |     22:42 Yeni tədris ilində bəzi dərsliklər dəyişəcək - SİYAHI  |     22:35 Səhər yorğun oyanırsınızsa, səbəbi bu ola bilər  |     22:30 Zəlimxan Yusupov həbs edildi  |     22:22 10 ilə yaxın ekologiya sistemi qurdu - Bakıda kafedə noutbuku oğurlandı  |     22:16 Müğənni qardaşını öldürən şəxsə ağır cəza istənildi  |     22:10 Avtobuslarda sərnişinlərin telefonlarını oğurlayırdı - 5 il 3 ay həbs  |     22:02 8 ayda Azərbaycan büdcəsinə nə qədər pul yığılıb?  |     21:57 Azərbaycan Gürcüstana 22 mindən çox dərslik göndərdi  |     21:50 Lionel Messi 17-ci dəfə "Qızıl top"a namizəd oldu  |     21:39 Leyla Əhmədova ev dustaqlığına buraxıldı  |     21:28 Çimərliyə getmək istəyənlərin nəzərinə  |     21:20 Şəkidə məşhur əyləncə mərkəzindəki faciə ilə bağlı YENİ DETALLAR - FOTO / VİDEO (Yenilənib)  |     21:13 Moskvada qəza törətmiş azərbaycanlı reper təzminat ödədi  |     21:05 Yağışdan sonra bu qoxunu niyə sevirik?  |     20:58 Üç plastik cərrah cəzalandırıldı - 22 klinika cərimələndi  |     20:52 Bakıda 31 yaşlı narkotik aludəçisi küçədə öldü  |     20:47 Bu ölkələrdə vahid turistik viza rejimi tətbiq olunacaq  |    
Left Banner
Right Banner

Restoran sahiblərinin NƏZƏRİNƏ: Bu gündən monitorinqlər başlanır

02.12.2024 16:24 1 236
Restoran sahiblərinin NƏZƏRİNƏ: Bu gündən monitorinqlər başlanır
Ölkə ərazisində fəaliyyət göstərən bir sıra restoran və ictimai-iaşə obyektlərindən havaya tullantı atılması halları müşahidə olunduğundan Dövlət Ekoloji Təhlükəsizlik Xidməti və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun əməkdaşları tərəfindən bu gündən ictimai-iaşə obyektlərində növbəti monitorinqlərə başlanılır.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bununla bağlı xəbərdarlıq xarakterli açıqlama verib.

Xəbərdarlıqda bildirilir ki, iaşə obyektləri və restoranlarda səyyar laboratoriya vasitəsilə ölçmə işləri aparılacaq, havaya normadan artıq tullantı atıldığı müəyyən olunarsa obyektlərin səlahiyyətli nümayəndələri barəsində qanunamüvafiq tədbirlər görüləcək.

"Restoran və iaşə obyektlərinin fəaliyyətinə cavabdeh olan şəxsləri xəbərdar edirik ki, obyektlərindəki təmizləyici qurğulara vaxtında texniki xidmət göstərsinlər, qurğuların filtrlərini yeniləsinlər və havaya normadan artıq tullantı atılmasına yol verməsinlər".

Xidmət rəisi bir daha sahibkarları təmizləyici qurğuların texniki göstəricilərinin normalara uyğunluğunu təmin etməyə, havanın çirkləndirilməsinə yol verməməyə çağırıb.
скачать dle 11.3
Mojo.az Banner