Mojo.az Banner
23:01 Bakıda mağazada qadın döyüldü  |     22:57 Ledi Qaqa gizlicə ərə gedib  |     22:50 Putin bu ölkənin vətəndaşlarına vizasız rejim tətbiq edəcək  |     22:45 Lionel Messi İspaniya klubunu satın alır  |     22:39 Yasamaldakı yanğına görə zərərçəkənlərdən üzr istədi - Məhkəmə  |     22:33 Paşinyanla Makronun görüşü başlayıb  |     22:28 Azərbaycanda veteran jurnalist vəfat etdi - FOTO  |     22:21 “Bu hadisə milyonda bir belə olmur, şokdayıq” - “Şəki yaylası”nın direktoru  |     22:10 DİN-in mopedlərlə bağlı yeni vəzifəsi müəyyənləşdi  |     22:03 Gömrükdən avtomobil və malların keçirilməsi qaydası dəyişdi  |     21:58 İki teatr BŞİH-dın alındı, Mədəniyyət Nazirliyinin tabeliyinə verildi  |     21:51 Rusiyada Azərbaycan və Türkiyədən idxal olunan narlar satışa çıxarılıb  |     21:46 Sabah Bakının iki rayonunda qaz olmayacaq  |     21:39 Bakıdakı tibb müəssisələrinin birində kök hüceyrələrin transplantasiyası həyata keçiriləcək - QƏRAR  |     21:34 Tanışını Rusiyadan Bakıya dəvət edib öldürən şəxsə HÖKM OXUNDU  |     21:26 Azərbaycana idxal edilən alkoqollu içkilər üçün GÖMRÜK RÜSUMU dəyişdi  |     21:20 "Hər yer alov içində idi, özümü ikinci mərtəbədən atdım, ayaqlarım sındı" - Kafeni qəsdən yandıran şəxsin MƏHKƏMƏSİ  |     21:12 Könül Vəlibəyli və daha iki nəfərin öldüyü yanğınla bağlı ittiham aktı ELAN EDİLİB  |     21:07 Avropada qaz bahalaşır: Son dörd ilin REKORDU  |     21:00 Qəbiristanlığa getdi, qarət olundu  |    
Left Banner
Right Banner

Dünyanın ən yaşlı insanı müəyyən edildi

30.11.2024 13:57 1 431
Dünyanın ən yaşlı insanı müəyyən edildi
Braziliyalı Joau Marinyu Netu dünyanın ən yaşlı kişisi kimi tanınıb.

Bu barədə Ginnesin Rekordlar Kitabının rəsmi saytı məlumat yayıb.

Netu bu statusu noyabrın 26-da britaniyalı Con Tinnisvudun ölümündən sonra alıb. Tinnisvud 112 yaşında idi, Netunun isə yaşı 112 yaş 52 gündür. O, 1912-ci ildə doğulan sonuncu insandır. Netu uzun illərdir sahilyanı Seara əyalətində, Apuyare bələdiyyəsində yaşayır. Kişi, demək olar ki, bütün həyatı boyu əkinçiliklə məşğul olub. Netu 1994-cü ildə dul qalıb, lakin onun hələ də böyük ailəsi var: altı övladı, 22 nəvəsi, 15 nəticəsi və üç kötücəsi. Netu uzunömürlülüyünün sirrinin onu əhatə edən yaxşı insanlar və həmişə ailə və dostlar dairəsində qalmaq istəyi olduğunu bildirib.

"LongeviQuest" təşkilatının məlumatına görə, indi planetin ən yaşlı beş kişisi arasında üç braziliyalı var. Netudan sonra ikinci ən yaşlı kişi 111 yaşlı Jozinu Levinu Ferreyra, 110 yaşlı Primu Olivyeri isə ilk beşliyi tamamlayıb. Avstraliyalı 111 yaşlı Ken Uiks və meksikalı İlario Orosko Lemus üçüncü və dördüncü yerdədirlər.скачать dle 11.3
Mojo.az Banner