Mojo.az Banner
22:39 Yasamaldakı yanğına görə zərərçəkənlərdən üzr istədi - Məhkəmə  |     22:33 Paşinyanla Makronun görüşü başlayıb  |     22:28 Azərbaycanda veteran jurnalist vəfat etdi - FOTO  |     22:21 “Bu hadisə milyonda bir belə olmur, şokdayıq” - “Şəki yaylası”nın direktoru  |     22:10 DİN-in mopedlərlə bağlı yeni vəzifəsi müəyyənləşdi  |     22:03 Gömrükdən avtomobil və malların keçirilməsi qaydası dəyişdi  |     21:58 İki teatr BŞİH-dın alındı, Mədəniyyət Nazirliyinin tabeliyinə verildi  |     21:51 Rusiyada Azərbaycan və Türkiyədən idxal olunan narlar satışa çıxarılıb  |     21:46 Sabah Bakının iki rayonunda qaz olmayacaq  |     21:39 Bakıdakı tibb müəssisələrinin birində kök hüceyrələrin transplantasiyası həyata keçiriləcək - QƏRAR  |     21:34 Tanışını Rusiyadan Bakıya dəvət edib öldürən şəxsə HÖKM OXUNDU  |     21:26 Azərbaycana idxal edilən alkoqollu içkilər üçün GÖMRÜK RÜSUMU dəyişdi  |     21:20 "Hər yer alov içində idi, özümü ikinci mərtəbədən atdım, ayaqlarım sındı" - Kafeni qəsdən yandıran şəxsin MƏHKƏMƏSİ  |     21:12 Könül Vəlibəyli və daha iki nəfərin öldüyü yanğınla bağlı ittiham aktı ELAN EDİLİB  |     21:07 Avropada qaz bahalaşır: Son dörd ilin REKORDU  |     21:00 Qəbiristanlığa getdi, qarət olundu  |     20:55 Məşhur türk aktyoru vəfat etdi  |     20:46 "WhatsApp" istifadəçilərinə xəbərdarlıq: Bunu mütləq bilməlisiniz  |     20:41 Bakıda axtarışda olan şəxs bərbərxanada TUTULDU  |     20:34 "Qızıl top" mükafatına namizədlərin ADLARI  |    
Left Banner
Right Banner

Çinli milyarder hərracda 6,2 milyon dollara alınan bananı yedi - FOTO

29.11.2024 15:40 1 347
Çinli milyarder hərracda 6,2 milyon dollara alınan bananı yedi - FOTO
Çinli milyarder Castin Sun hərracda aldığı divara yapışdırılan bananı yeyib.

Qaynarinfo bu barədə "Barron's"a istinadən xəbər verir.

Qeyd edək ki, italyan rəssam Mauritsio Kattelanın "Komediyaçı" adlı konseptual sənət əsəri 6,2 milyon dollara satılıb. Onun alıcısı TRON kriptovalyuta platformasının yaradıcısı Castin Sun olub.


Satın alındıqdan qısa müddət sonra Sun bananı "unikal bədii təcrübə"nin bir hissəsi kimi yemək niyyətini açıqlayıb və onun həm incəsənət dünyasında, həm də populyar mədəniyyətdə əhəmiyyətini vurğulayıb.

"Bu sözləri deyəcəyimi heç düşünməmişdim: banan üçün altı milyon dollar ödədim", deyə milyarder zarafat edib.

Tezliklə milyarder verdiyi sözü yerinə yetirib və bananı divardan qopararaq yeyib.

"Komediyaçı" ilk dəfə 2019-cu ildə Mayami-Biçdəki Art Baseldə nümayiş etdirilib və burada tamaşaçılar arasında bunun əsl sənət, yoxsa sadəcə bir zarafat olması ilə bağlı müzakirələrə səbəb olub.

Castin Sun ilk pulunu "Snapchat"ın Çin ekvivalenti olan "Peiwo" tətbiqindən qazanan Çin əsilli sahibkardır. 2014-cü ildə o, kripto icmasının sıralarına qoşulub və həmin vaxtdan blokçeyn layihələrinə diqqət yetirib.
скачать dle 11.3
Mojo.az Banner