Mojo.az Banner
18:39 Azərbaycanda ikinci kurs tələbəsi vəfat etdi  |     18:26 Şimali Kiprdə gəmi qəzasına görə tutulan Azərbaycan vətəndaşlarının həbs müddəti artırıldı  |     18:10 Ermənistan Azərbaycan və Türkiyədən elektrik enerjisi alacaq  |     17:57 İranla sərhəddə əməliyyat: 35 kiloqram narkotik aşkarlandı  |     17:47 Gürcüstanla sərhəddə əməliyyat: 6 əcnəbi saxlanıldı - Foto  |     17:34 Goranboy sakini güllələnərək öldürüldü - Saxlanılan var  |     17:10 Manatın gələcək məzənnəsi ilə bağlı proqnoz  |     17:08 "Nənələr" qrupunun üzvünün Ukraynada öldürülən oğlu Lənkəranda dəfn edildi  |     16:33 Hərbi xidmətə saqqalla yollanmaq istəyənlər bu qaydanı bilməlidir – Ekspert açıqladı  |     16:28 Qazaxıstanda narkotik qaçaqmalçılığı ittihamı ilə həbs edilən Navaiyə görə Rusiyadan NOTA  |     16:20 Lerikdə tanışını güllələyib meyitini dərəyə atan hərbçiyə hökm oxundu  |     16:16 İsrail prezidentinin Bakı səfərini manipulyasiya edənlərə cavab: Bilet alıb, adi reyslə uçub  |     16:11 Küləkli havada çalışanların nəzərinə: İş dayandırılacaq  |     16:08 Azərbaycanda bəzi həkimlərə rütbələr veriləcək  |     16:04 Fransa niyə yenidən Azərbaycanı hədəfə aldı? – TƏHLİL  |     15:35 Azərbaycan türkiyəli jurnalisti beynəlxalq axtarışa verdi  |     15:29 Bakı-Sumqayıt yolunda avtobusların şüşələrini sındıran yeniyetmələr müəyyən ediliblər  |     15:27 Məktəblərdə geyim qaydaları sərtləşməlidir? – Açıqlama  |     15:25 Bu ət məhsulunun da qiymətində artım olacaq – AÇIQLAMA  |     13:09 Azərbaycanda əhalinin sayı açıqlandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Rüşvətlə xidmət yeri dəyişdirən “Dayı” - Hakim qarşısında

28.11.2024 15:19 2 112
Rüşvətlə xidmət yeri dəyişdirən “Dayı” - Hakim qarşısında
Quru Qoşunların tabeliyindəki N saylı hərbi hissənin Maliyyə xidmət bölməsində mühasib işləmiş Alı Əliyevin cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, "Dayı” ləqəbi ilə tanınan eks-mühasib 4 min manata yaxın rüşvət almaqda, 30 min manatı isə rüşvət kimi tələb etməkdə təqsirləndirilir.

A.Əliyev 4 minə yaxın pulu hərbçilərdən birinin xidmət yerinin dəyişdirilməsini təşkil etdiyi üçün alıb. Bundan əlavə o, rüşvətlə əlaqəli digər cinayət əməllərini törətməkdə ittiham olunur.

Ona qarşı Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsinin müxtəlif bəndləri ilə yekun ittiham elan edilib.

"Dayı”nın vəkili Orxan Zeynalov saytımıza bildirib ki, müdafiə tərəfi olaraq verilmiş ittihamlarla razı deyillər. Topladıqları sübutları məhkəmə istintaqında təqdim edəcəklər. Vəkil onu da qeyd edib ki, istintaqın sonunda etiraz etsə də, müvəkkilinin işi əvvəl Gəncə Hərbi Məhkəməsinə göndərilib.

O, həmin etirazını məhkəmənin ilk iclasında elan edib. Hakim bununla razılaşıb. Vəsatət əsasında aidiyyət pozulduğundan iş materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Yaxın günlərdə ilk iclas keçiriləcək.

Qeyd edək ki, "Dayı” bu ilin martından həbsdədir.скачать dle 11.3
Mojo.az Banner