Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Bərdədə qanunsuz olaraq əldə etdiyi avtomatı satmaq istəyən şəxs ələ keçdi

27.11.2024 18:40 900
Bərdədə qanunsuz olaraq əldə etdiyi avtomatı satmaq istəyən şəxs ələ keçdi
Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı İntiqam Bağırov saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, ondan "Kalaşnikov" markalı avtomat, 25 ədəd patron və patron darağı aşkarlanıb. O, bir müddət əvvəl silahı sosial şəbəkələrdə tanış olduğu şəxsə 2 000 manat müqabilində satarkən saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Son xəbərlər