Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Goranboyda 57 yaşlı kişini avtomobil vurub

26.11.2024 13:16 1 365
Goranboyda 57 yaşlı kişini avtomobil vurub
Goranboyda piyadanın vurulması ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Goranboy-Tərtər avtomobil yolunun rayonun Xanqərvənd kəndində keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan avtomobil yolu keçmək istəyən piyada 1967-cı il təvəllüdlü X.Hacıyevi vurub. Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər