Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Sumqayıtda kişi sirkə turşusundan zəhərlənərək ÖLDÜ

26.11.2024 12:52 1 344
Sumqayıtda kişi sirkə turşusundan zəhərlənərək ÖLDÜ
Sumqayıtda 45 yaşlı kişi ölüb.

"Report" məlumat verir ki, hadisə 26-cı məhəllədə yerləşən fərdi evlərin birində qeydə alınıb.

Belə ki, 1979-cu il təvəllüdlü Ceyhun Muradxan oğlu Məhiyev yaşadığı evdə sirkə turşusundan zəhərlənib. O, Bakı şəhərindəki Respublika Toksikologiya Mərkəzinə çatdırılıb.

Lakin həkimlərin səylərinə baxmayaraq, C.Məhiyevin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

Son xəbərlər