Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

COP29 üçün nəzərdə tutulan avtobuslar fəaliyyətini DAYANDIRIR

23.11.2024 14:54 1 185
COP29 üçün nəzərdə tutulan avtobuslar fəaliyyətini DAYANDIRIR
"AYNA tərəfindən COP29-a görə təşkil edilən 18 nəqliyyat mübadilə mərkəzinin bir qismi artıq fəaliyyətini dayandırıb".

Median.Az
xəbər verir ki, bununla bağlı oxu.az-ın sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) bildirib:

"Hazırda yalnız "Koroğlu" və "Sea Breeze" nəqliyyat mübadilə mərkəzləri ilə Bakı Olimpiya Stadionu arasında, həmçinin 5 məntəqədən Heydər Əliyev Beynəlxalq Aeroportuna daşımalar həyata keçirilir və şatllar bu istiqamətdə fəaliyyət göstərirlər", - deyə məlumatda bildirilir.

Qeyd edək ki, sözügedən daşınmalar yalnız bu gün həyata keçiriləcək.

Xatırladaq ki, ümumi olaraq tədbir müddətində 600 mindən çox sərnişinin daşınması həyata keçirilib.

Son xəbərlər