Mojo.az Banner
18:15 Sosial şəbəkələrdə yaş həddi: Sakinlər nə düşünürlər? - Video  |     18:09 Güclü maqnit qasırğası başlayıb  |     18:01 Ağdamda faciə- ata və iki övladı kanalda boğuldu  |     17:49 Ötən gün Azərbaycanda 24 cinayətin üstü açılıb  |     17:42 DÇ-2026-da son 60 ilin ən az qayda pozuntusu müşahidə olunub  |     17:34 İsmayıllıda DƏHŞƏTLİ QƏZA: İki nəfər öldü  |     17:21 Yasamaldakı partlayışın anbaan VİDEOSU  |     17:17 Bəzi yerlərdə külək güclənəcək - XƏBƏRDARLIQ  |     16:55 Masazırda "Ford" yandı - Video  |     16:52 Azərbaycanda ucuz qiymətə idxal ət satılır? - VİDEO  |     16:42 Yasamalda 46 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb  |     16:26 Laçına dolu düşüb - FAKTİKİ HAVA  |     16:08 Azərbaycanda müəllim VƏFAT ETDİ - FOTO  |     15:55 Yük avtomobilləri avtobus dayanacağını zəbt ediblər? - Yol polisindən AÇIQLAMA - Video  |     14:36 Yasamalda avtomobillər üçün görünməz təhlükə: Niyə qəzalar baş verir? - Video  |     14:31 Azərbaycan nefti BAHALAŞDI  |     14:27 Sumqayıtda dənizdə batan qadının kimliyi bilindi  |     14:21 Qəzada ölən Amal narkotikə görə tutulubmuş - Fotolar  |     14:13 Bakıda 59 yaşlı sürücü sükan arxasında öldü  |     14:12 Danışılmış oyunlara görə verilən qərar "Qarabağ"a üstünlük qazandırdı  |    
Left Banner
Right Banner

Vətən müharibəsinin iştirakçısı hakim oldu

20.11.2024 12:12 1 779
Vətən müharibəsinin iştirakçısı hakim oldu
Ədliyyə mayoru, Vətən müharibəsi iştirakçısı Cavanşir Nəbiyev hakim təyin olunub.

O, Prezident İlham Əliyevin imzaladığı bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında Sərəncama əsasən, Lənkəran Ağır Cinayətlər Məhkəməsinə hakim təyin edilib.

Qeyd edək ki, C.Nəbiyev 1990-cı ildə Bakı şəhərində anadan olub. O, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Hüquq fakültəsini bitirib.

C.Nəbiyev Müdafiə Nazirliyində təhqiqatçı, hərbi hissə komandirinin hüquq işləri üzrə köməkçisi kimi vəzifələrdə çalışıb.

Müdafiə nazirinin əmri ilə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı və "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif olunub.

Qeyd edək ki, C.Nəbiyev 2020-ci il sentyabr ayının 27-də başlayan 44 günlük Vətən müharibəsində iştirak edib. O, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına", "Döyüşdə fərqlənməyə görə" medalları ilə, həmçinin Müdafiə nazirinin əmri ilə "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medal və "Hərbi xidmətdə fərqlənməyə görə" 2-ci dərəcəli medalla təltif olunub.скачать dle 11.3
Mojo.az Banner