Mojo.az Banner
20:42 Tramp: "Ərdoğana böyük hörmət bəsləyirəm"  |     19:29 Gömrük nəzarətindən gizlədilən külli miqdarda dərman vasitələri aşkar edilib  |     19:18 Sibiqa Mirzoyanı Ukraynaya səfərə dəvət edib  |     18:48 Zelenski: Kiyevə raket hücumu barədə xəbərdarlıq almadıq  |     18:38 Qanunsuz silahlı birləşmələrə qoşulmaqda ittiham olunanlara hökm oxundu  |     18:29 QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var  |     18:18 TikTok-da yeni funksiya  |     18:08 Evin qiymətini özbaşına artıran "makler"ləri hansı cəza gözləyir?  |     17:58 Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi  |     17:48 Şavkat Mirziyoyev sabah Azərbaycana gələcək  |     17:40 Tacikistanda zəlzələ oldu  |     17:32 Zakir Həsənov Kambocanın Baş naziri ilə görüşüb  |     17:18 Allahşükür Paşazadə: Vahid məktəbli forması məsələsində hicab qadağası yoxdur  |     17:04 Məktəbdə yanğın törətməyə cəhddə şübhəli bilinən 6 nəfər saxlanıldı - FOTO  |     16:59 65 mindən çox uşaq vaksinasiya olunub  |     16:52 Ermənistanda saxlanılan hərbçimizin heç kimə zərər vermək niyyəti olmayıb  |     16:48 AFFA "Neftçi"ni 5000 manat cərimələdi  |     16:41 Dünyada hər 7 nəfərdən birində psixi problem var  |     16:36 Dəhşətli qəzadan əvvəl dəfələrlə video paylaşıbmışlar  |     16:30 Cinayətdə şübhəli bilinən 40 nəfər saxlanıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Ucuz qiymətə bahalı səhhət problemləri: "Second hand" geyimlərin gizli təhlükələri və qorunma üsulu

14.11.2024 11:37 2 061
Ucuz qiymətə bahalı səhhət problemləri:
"Son illərdə daha çox insan qənaət baxımından və ya ətraf mühitə mənfi təsiri azaltmaq məqsədilə "second hand" kimi tanınan işlənmiş geyimlərə üstünlük verir. Lakin belə paltarlar sağlamlıq üçün gizli təhlükə yarada bilər".

Median.Az-ın "The Conversation" portalına istinadən verdiyi məlumata görə, bu barədə britaniyalı mikrobioloq Primrouz Fristoun xəbərdarlıq edib.

Onun sözlərinə görə, ikinci əl geyimlər müxtəlif patogen mikroorqanizmlər üçün əsl "rezervuar" ola bilər.

"Geyimlər xəstəlik törədən patogenlərin daşıyıcısıdır. Əgər satış üçün mağazaya asılmazdan əvvəl yaxşıca təmizlənməyibsə, əvvəlki sahibinin dərisindən mikroorqanizmlər qala bilər və onların arasında patogenlər ola bilər", - deyə bioloq xəbərdarlıq edir.

Ekspert hər bir insanın dərisinin yalnız artıq onda yaşayan xəstəlik törədən mikroblara uyğunlaşdığını, buna görə də bəziləri üçün təhlükəsiz və heç bir reaksiya yaratmayan mikrobun, digər insanda isə ağır xəstəlik törədə biləcəyini deyib.

O, ikinci əl paltarların potensial "sakinləri" arasında qızılı stafilokok, salmonella, bağırsaq çöpü, norovirus, rotavirus və hətta mikoz və ya keçəl göbələyi törədən göbələkləri sadalayıb.

"Onlardan bəziləri insan tərində olan amin turşuları, dəri piyi və hüceyrə zülalları ilə qidalanaraq geyimlərdə aylarca yaşaya bilər. Poliefir materiallardan hazırlanmış parçada isə, xüsusilə yüksək rütubət şəraitində, 200 günə qədər qala bilərlər", - deyə o əlavə edib.

Alan kimi yuyun


Mikroblarla bağlı riskləri azaltmaq üçün bioloq işlənmiş geyimləri təxminən 60°C temperaturda yuyucu vasitə ilə yumağı tövsiyə edir. Bu, çirklənməni və əgər varsa, patogen mikrobları da təmizləməyə kömək edəcək.

O, həmçinin çarpaz çirklənmənin qarşısını almaq üçün köhnə geyimləri yenilərdən ayrı yumağı məsləhət görür. Məhsulların antibakterial tozla məhlulda bir neçə saat saxlanması da bütün mikrobların məhv edilməsini təmin edir.
//oxu.azскачать dle 11.3
Mojo.az Banner