Mojo.az Banner
SON DƏQİQƏ
21:03 Bakıda 218 nömrəli yeni marşrut xətti istifadəyə verilir  |     20:50 Minimum əməkhaqqı artacaq? - Video  |     20:33 Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama verib  |     20:25 Prezidentin sosial şəbəkə hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb  |     20:03 Türk dünyasından Azərbaycana növbəti dəstək  |     19:45 Bakı-Quba yolunda yük maşını aşdı, sürücü öldü  |     19:34 Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi  |     19:33 Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib  |     19:21 Əhmədlidən Hövsan və Türkana yeni marşrut açılır  |     19:13 Binəqədi şosesində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək  |     19:10 Navai pul qarşılığında azadlığa çıxa bilər: Tələb olunan məbləğ açıqlandı  |     18:57 Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı  |     18:48 Ramiz Mehdiyev YAP-dan da çıxarıldı  |     18:40 160 milyonluq yeyinti işində yeni qərar: Polkovnik azadlıqda  |     18:39 Azərbaycanda ikinci kurs tələbəsi vəfat etdi  |     18:26 Şimali Kiprdə gəmi qəzasına görə tutulan Azərbaycan vətəndaşlarının həbs müddəti artırıldı  |     18:10 Ermənistan Azərbaycan və Türkiyədən elektrik enerjisi alacaq  |     17:57 İranla sərhəddə əməliyyat: 35 kiloqram narkotik aşkarlandı  |     17:47 Gürcüstanla sərhəddə əməliyyat: 6 əcnəbi saxlanıldı - Foto  |     17:34 Goranboy sakini güllələnərək öldürüldü - Saxlanılan var  |    
Mojo.az Avto
Mojo.az Avto

Emin Ağalarov: "Yeddi kilometr uzunluğunda bulvar yaradılacaq"

12.11.2024 18:11 2 325
Emin Ağalarov:
"Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsindən çox məmnun və xoşbəxtəm. Bu gün Azərbaycana iqlim problemlərindən narahat olan hər kəs gəlib".

Bunu tanınmış biznesmen Emin Ağalarov Oxu.az-a açıqlamasında deyib.

O, ekologiya ilə bağlı təşəbbüslərin əhəmiyyətini vurğulayıb:

"Hər bir ölkə bu barədə düşünməyin vacibliyini anlamaqla inkişaf etməlidir", - deyə o əlavə edib.

E.Ağalarov özünün də ekoloji məsələlərlə maraqlandığını bildirib və bununla əlaqədar həyata keçirilən genişmiqyaslı ekoloji layihələrdən danışıb.

"Sea Breeze"i təmiz və yaşıl eləməyə çalışırıq - təmizləyici qurğular tikirik, milyonlarla bitki və ağac əkirik, yaşıl şəhər yaradırıq. Qarşıdakı ildə minimum daha beş milyon bitki və ağac əkməyi planlaşdırırıq", - deyə o qeyd edib.

Biznesmen, həmçinin, COP29 çərçivəsində yeddi kilometr uzunluğunda bulvarın yaradılacağının anonsunu verib.

"Noyabrın 16-da tədbir keçirəcəyik. Burada yeddi km uzunluğunda park salacağıq. İlk olaraq, 100 nar ağacı əkməyi planlaşdırırıq. Həm iştirakçılar, həm qonaqlar bunda iştirak edəcəklər və düşünürəm ki, COP29 çərçivəsində bu, simvolik olacaq", - deyə o, sözlərini yekunlaşdırıb.скачать dle 11.3
Paylaş f ➤ ◉
01

Son xəbərlər

3
MOJO.AZ

Seçilmiş elanlar

Bütün elanlar