Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb | 20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər | 19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb | 19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi | 19:19 Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edilib | 19:09 Gəncədə kişini benzin tökərək diri-diri yandırdılar: Dörd nəfərə hökm oxundu | 18:58 Aslan Fətullayevin nəşinin Azərbaycana gətiriləcəyi və dəfn olunacağı vaxt açıqlandı | 18:50 Paşinyan Ərdoğanla danışıqlar aparır - Görüşdən ilk detallar | 18:41 Fransada gənc futbolçu məşqdə öldü | 18:33 Minaya düşən traktorçunun bir əli amputasiya olundu | 18:12 Prezidentin sosial media hesablarında COP31-in Liderlər Sammitində iştiraka dair videoçarx paylaşılıb | 18:00 Mehriban Əliyeva COP31 Liderlər Sammitindən paylaşım etdi - FOTO |
Mojo.az Avto
Mojo.az Avto

Dünyada təxminən 500 milyon uşaq münaqişə zonasında yaşayır

31.10.2024 18:18 1 596
Dünyada təxminən 500 milyon uşaq münaqişə zonasında yaşayır
Dünyada hər beş uşaqdan biri münaqişənin olduğu və uşaqlara qarşı cinayətlərin törədildiyi ölkədə yaşayır, gündə orta hesabla 31 uşaq ölür və ya ciddi xəsarət alır. Təxminən 500 milyon uşaq münaqişə vəziyyətində yaşayır.

Bu barədə "Save the Children" təşkilatının son hesabatında bildirilir.

Hesabata əsasən, 2023-cü ildə yetkinlik yaşına çatmayanlara qarşı kobud pozuntular və cinayətlərin sayı əvvəlki illə müqayisədə 15% artıb və 2005-ci ildə vəziyyətin qiymətləndirilməsinə başlanandan bəri ən yüksək həddə çatıb. Hesabatda münaqişə şəraitində uşaq hüquqlarının kobud pozulması halları, o cümlədən qətllər, amputasiyalar, oğurluqlar, cinsi zorakılıq, silahlı qruplara cəlb edilmə təhlil edilir. Uşaq müəssisələrinə hücumlar və humanitar yardıma çıxışın olmaması da nəzərə alınır. Təşkilat bildirir ki, belə cinayətlər gündə orta hesabla 76 dəfə törədilir və onların ümumi sayı misli görünməmiş həddə çatıb.

Ən pis vəziyyət uşaqlara qarşı cinayətlərin 170% artdığı Fələstin ərazilərində və 2023-cü ildə uşaqlara qarşı cinayətlərin sayının 2022-ci illə müqayisədə beş dəfədən çox artdığı Sudandadır. "Qara siyahı"ya həmçinin Konqo Demokratik Respublikası və Somali daxildir.

Təşkilat qeyd edir ki, göstərilən məlumatlar yalnız "aysberqin görünən hissəsidir". Hesabatda qeyd olunur ki, uşaqlığa qarşı cinayətlər iqtisadiyyata təsir göstərir, belə ki, uşaqlara qarşı cinayətlərin qarşısının alınması və nəticələrinin aradan qaldırılması tədbirləri dünya alıcılıq qabiliyyəti paritetinə uyğun olaraq 19.1 trilyon dollar təşkil edir. Bu zaman dünya hərbi xərcləri 2.4 trilyon dollara çatıb.

Son xəbərlər