Mojo.az Banner
14:56 Dünən dənizdə batan “Krosna”nın solisti imiş  |     14:49 Qurban Qurbanov: "Yavaş-yavaş səbrim tükənir"  |     14:34 Naxçıvanda təmir ediləcək yolların - Siyahısı  |     14:29 Dörd rayonda yanğın törədənlər tapılıblar  |     14:22 Azərbaycanda mənzillər bahalaşdı  |     14:14 Qırğızıstanda zəlzələ baş verib  |     13:51 İlk dəfə səfir təyin edilən Nərminə Mustafayeva kimdir? - DOSYE  |     13:40 "Sabah"ın pley-off mərhələsindəki oyununun stadionu və vaxtı açıqlanıb  |     13:19 Həmkəndlisini dəhrə ilə beş zərbə vuraraq öldürən şəxsə cəza verildi  |     13:09 "Bunu etsək Azərbaycanda bir dənə də işsiz adam qalmaz" — Fuad İbrahimov  |     12:56 Tikinti şirkəti mənzili gecikdirərsə, alıcı nə tələb edə bilər? – Hüquqşünas açıqladı  |     12:52 İstifadə olunmayan məzuniyyətə görə pul hansı halda ödənilir? – Hüquqşünas açıqladı  |     12:30 Rayonlarda şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA  |     12:05 Meşəlik ərazidə meyitləri tapılan 16 yaşlı qız və 29 yaşlı kişi qohum olublar - Lənkərandakı dəhşətli hadisənin DETALLARI - VİDEO  |     11:46 Türkiyədə meyiti tapılan iş adamı "Beniz"in keçmiş həyat yoldaşı imiş - FOTO  |     11:25 37 azərbaycanlı Almaniyadan ölkəmizə gətirildi  |     11:24 Azərbaycanda 25 milyon manata tələbələr üçün yataqxana kompleksi tikiləcək  |     11:16 Siyəzəndə 79 yaşlı kişi kafedə öldü  |     23:01 Lənkəranda açıq sahədə yanğın başlayıb  |     22:29 Avtomobildə telefonu simsiz şarj edərkən buna diqqət edin – XƏBƏRDARLIQ  |    
Left Banner
Right Banner

Bərk, yoxsa maye sabun üstündür? - Mütəxəssislər illərdir davam edən mübahisəyə son qoydular

25.10.2024 12:31 1 131
Bərk, yoxsa maye sabun üstündür? - Mütəxəssislər illərdir davam edən mübahisəyə son qoydular
Şəxsi gigiyena məqsədilə istifadə olunan sabunlar bərk və maye olmaqla iki yerə ayrılır. Onlardan hansının istifadəsinin daha sağlam olduğu isə həmişə mübahisə mövzusu olub.

Median.Az
-ın "Haber Global"a istinadla verdiyi məlumata görə, axır ki, bu mövzuya mütəxəssislər tərəfindən nöqtə qoyulub.

Onlar sözügedən sabun növlərinin düzgün istifadə üsulları və saxlanılma şəraiti barədə məlumat veriblər.

"Bərk sabunlar dəri üzərində birbaşa sürtünmə yaratdıqlarından, dəridə toplanan kir və yağların təmizlənməsində effektivdirlər. Eyni zamanda, "pH" səviyyəsi adətən yüksək olduğundan bərk sabunlar bəzi bakteriya və mikrobların aradan qaldırılmasını təmin edir.

Ancaq bu sabunlar nəmli saxlanıldıqda səthində zərərli mikroorqanizmlər yaranır. Bu səbəbdən bərk sabunlar istifadə edildikdən sonra quru saxlanılmalıdır", - deyə onlar bildiriblər.

Ekspertlərin sözlərinə görə, maye sabunlar adətən nasoslu şüşələrdə olduqlarından daha gigiyenik istifadə təmin edirlər.

"Həmçinin bəzi maye sabunlar antibakterial xüsusiyyət daşıdığından dəridəki mikroorqanizmlərin yaranmasının da qarşısını almağa kömək edir. Bərk sabuna nisbətən daha çox köpüklənməsi ilə də təmizliyi asanlaşdıran maye sabunlar daha çox gündəlik istifadəyə uyğun sayılır".

Beləliklə, hər iki sabunun xüsusiyyətlərinə baxdıqda bərk sabunlar dəri səthində daha effektiv təmizlik təmin edir, maye sabunlar isə daha gigiyenik bir seçim olaraq qarşımıza çıxır.

Bununla belə, mütəxəssislərin sözlərinə görə, gündəlik təmizlikdə dəri quruluşunu qorumaq üçün maye sabun seçmək daha sağlam olar.скачать dle 11.3
Mojo.az Banner