Mojo.az Banner
14:38 Günəşdə ən yüksəksəviyyəli alışmalar gözlənilir  |     13:39 Sənədi olmayan bəzi məhsulların ölkəyə gətirilməsi QADAĞAN EDİLİR  |     12:51 Prezidentin nazir müavini təyin etdiyi şəxs kimdir? - DOSYE  |     12:50 Prezident Rüfət Hacıəlibəyova yüksək vəzifə verdi  |     12:49 Qlobal bazarda neft bahalaşdı  |     12:47 İki milyonluq dələduzluqda ittiham edilən Elnarə Şirməmmədova həbs olundu - FOTO  |     12:45 Mərdəkanda dənizdə 16 yaşlı gənc batıb  |     12:37 Çəyirtkələrin sirri: Onları Azərbaycana gətirən səbəb nədir?  |     12:31 Təhsil müəssisələrində geyim tələbləri TƏSDİQLƏNDİ  |     12:16 Loren Bennet 37 yaşında vəfat etdi  |     12:06 Pakistanda polis postuna silahlı hücum: 9 nəfər həlak olub  |     11:37 Bakıda 40 yaşlı kişi küçədə öldü  |     23:03 Tsarukyanın evindən tapılan vəhşi heyvanlar zooparka köçürüldü - Video  |     22:55 Kuba qaranlığa büründü  |     22:49 Çay təzyiqi aşağı salmağa kömək edirmi? - Mütəxəssislərin cavabı  |     22:44 YAP-ın bir neçə rayon təşkilatının sədri dəyişdi  |     22:39 "Qatar Airways"in təyyarəsi Bakıya eniş etməli oldu  |     22:33 "Qarabağ"ın avrokubok heyəti: UEFA-ya rəsmi müraciət göndərildi  |     22:25 Güclü külək Qax və Zaqatalada fəsadlar törətdi  |     22:20 Qaqik Tsarukyan saxlanıldı (Yenilənib)  |    
Left Banner
Right Banner

Kamil Nəcəfov “Bakı Hərrac Mərkəzi”nin direktoru TƏYİN OLUNDU

23.10.2024 12:01 1 158
Kamil Nəcəfov “Bakı Hərrac Mərkəzi”nin direktoru TƏYİN OLUNDU
“Respublika Əmtəə Birjası”nın tərkibində fəaliyyət göstərən “Bakı Hərrac Mərkəzi”nin direktoru vəzifəsinə Kamil Oqtay oğlu Nəcəfov təyin edilib.

Kamil Nəcəfov 1 sentyabr 1986-cı ildə Bakı şəhərində anadan olub.

O, 1994-2004-cü illərdə 18 saylı orta məktəbdə təhsil alıb, daha sonra Milli Aviasiya Akademiyasının beynəlxalq iqtisadi münasibətlər fakültəsində bakalavr və magistr dərəcələrini əldə edib. 2008-2009-cu illərdə ABŞ-ın “University of Southern Maine” universitetində ixtisasartırma proqramını uğurla tamamlayıb. Peşəkar fəaliyyəti ərzində, 2012-2023-cü illərdə “Caspian Kargo” şirkətində gömrük üzrə nümayəndə, 2023-cü ildən isə “Prologistic” şirkətinin direktoru vəzifələrində çalışıb.

Qeyd edək ki, “Respublika Əmtəə Birjası”nın tərkibində fəaliyyət göstərən “Bakı Hərrac Mərkəzi” 12 fevral 2016-cı il tarixində təsis edilib. Mərkəz müxtəlif növ əmlakların satışını təşkil etmək məqsədilə fiziki və hüquqi şəxslərlə bağlanmış müqavilələr əsasında hərraclar təşkil edir.скачать dle 11.3
Mojo.az Banner