Mojo.az Banner
11:03 Bakıda qadın qətlə yetirildi - Əri saxlanıldı  |     23:01 Əsgərlikdən yeni qayıdan gəncin qanını tökdülər - Video  |     22:55 Qatarla Azərbaycana gələn və gedən əcnəbilərin sayı açıqlandı  |     22:47 ChatGPT-nin yazdığı mətnlərə görünməz işarələr əlavə edilir  |     22:39 Şəkər xəstəliyi ən çox bu yaşda və bu səbəblə yaranır - XƏBƏRDARLIQ  |     22:34 Qaradağda saxlanılan daha bir məmura HÖKM OXUNDU  |     22:26 "Formula 1" yaxından izləmək üçün hasardan tullandı - Həbs edildi  |     22:21 Ermənistanda saxlanılan azərbaycanlı hərbçi ilə bağlı Paşinyandan açıqlama  |     22:13 Naxçıvanda bu qurumun səlahiyyətləri ləğv edildi  |     22:08 Hər 5 aptekdən birində nöqsanlar tapıldı  |     22:02 Bu ölkə "Avroviziya"dan imtina etdi  |     21:54 Uşağı telefona yaxından baxan, gözlərini qıyan, başı ağrıyan valideynlərin nəzərinə  |     21:46 Qazaxda toyda başlayan mübahisə bıçaqlanma ilə nəticələndi - Video  |     21:41 Azərbaycanda un məhsulları bahalaşacaq? - Video  |     21:33 Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama  |     21:28 Azərbaycanın millisindən böyükhesablı qələbə  |     21:20 Bu məktəbin direktoru vəfat etdi  |     21:15 Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi - Foto  |     21:06 Kənd yumurtası bahalaşdı  |     21:00 “İlliyinə 2200 ödədiyim universitetin şəraiti...” - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

Dünya Bankı Azərbaycanda inflyasiya proqnozunu artırdı

17.10.2024 20:30 1 932
Dünya Bankı Azərbaycanda inflyasiya proqnozunu artırdı
Dünya Bankı Azərbaycanda 2024-cü il üçün illik inflyasiya proqnozuna yenidən baxaraq aprel ayına olan 3 %-dən 4,2 %-ə yüksəldib.

Report bu barədə DB-nin hesabatına istinadən xəbər verir.

Yenilənmiş hesabata əsasən, 2025-ci il üçün proqnoz 3,5 %-dən 3,4 %-ə, 2026-cı il üçün isə 4 %-dən 3 %-ə endirilib.

Hesabatda qeyd olunub ki, iyun ayında yanacağın bahalaşması ilə əlaqədar ilin ikinci yarısında müəyyən sürətlənməyə baxmayaraq, bu il inflyasiya Azərbaycan Mərkəzi Bankının (AMB) hədəf göstəricisi həddində qalacaq. Ortamüddətli perspektivdə güclü xarici təzyiqlərin olmayacağı şəraitdə daxili tələbin yavaşlaması fonunda orta illik inflyasiya təxminən 3,2 % (əvvəlki gözlənti 2,2 % olub) səviyyəsində proqnozlaşdırılır.

Dünya Bankı həmçinin əlavə qeyri-müəyyənlik yaradan və xammal qiymətlərinin artmasına təsir edə bilən geosiyasi gərginliyin davam etdiyini bildirir.



2023-cü ildə illik inflyasiya AMB-nin hədəf diapazonunun aşağı həddinə (4% ± 2%) yaxınlaşaraq 2,1 % təşkil edib.



Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-sentyabr aylarında orta illik inflyasiya 1,5 % təşkil edib. Eyni zamanda, qida məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri orta hesabla 0,4 %, qeyri-qida mallarının qiymətləri 1,4 %, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 3,3 % artıb.



AMB iyul ayında verdiyi açıqlamada baza ssenari üzrə inflyasiyanın 2024-cü ildə 5,4 %, 2025-ci ildə isə 5,5 % olacağını proqnozlaşdırdığını bildirib. Proqnozlara yenidən baxılması manatın nominal effektiv məzənnəsinin daha aşağı templə möhkəmlənməsi gözləntisi və qiymətləri dövlət tərəfindən tənzimlənən məhsul və xidmətlərin qiymət və tariflərində edilən dəyişikliklərlə bağlıdır. Mərkəzi Bank tənzimlənən qiymətlərdə artımın inflyasiyaya təsirini 1,5 faiz bəndi səviyyəsində qiymətləndirir ki, bunun da 1 faiz bəndi 2024-cü ildə reallaşa bilər.скачать dle 11.3
Mojo.az Banner