Mojo.az Banner
19:23 Bu şəxslərin Prezident təqaüdünün təyini üçün sənədlər müəyyənləşdi  |     19:14 “Trabzonspor”un baş məşqçisi təyin olundu  |     19:09 Sudanda qızıl mədəni çökdü, 60 nəfər öldü  |     19:01 Sabah 35 dərəcə isti olacaq  |     18:55 Azərbaycan Bolqarıstandan "Premium" benzin idxalını 20 dəfə artırıb  |     18:46 Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanıldı  |     18:41 Məkkə səmasında PUA məhv edildi - VİDEO  |     18:33 Xınalıq yolunda sürüşmə oldu - VİDEO  |     18:27 Jurnalistləri daşıyan helikopter qəzaya uğradı - Ölənlər var  |     18:20 Messi vida matçı üçün Argentina millisinə çağırıldı  |     17:57 Ramiz Mehdiyevin işində onlar da dindirilib  |     17:43 Cəlilabadda polis əməliyyat keçirdi: Saxlanılan var - FOTO  |     17:16 Badamdarda PARTLAYIŞ: Xəsarət alan var  |     17:01 Makiyaj edən məktəbli müzakirələrə səbəb oldu: "Altı dərs boş-boş oturduq" - VİDEO  |     16:56 Xaricdən sifariş verənlər bunu bilməlidir: Gömrük qaydaları dəyişdi  |     16:54 Azərbaycanda hərbi rütbələrin verilməsi qaydasına dəyişiklik edilir  |     16:53 Bakı Qızlar Universitetinin bütün tələbələri köçürüldülər  |     16:51 İcra hakimiyyətində əməliyyat zamanı saxlanılan vəzifəli şəxslərlə bağlı QƏRAR VERİLDİ  |     15:16 Hikmət Hacıyev: "Azərbaycan və BƏƏ strateji tərəfdaşdır"  |     15:11 "Kurtlar Vadisi Pusu" ilə bağlı istintaq başladı  |    
Mojo.az Avto
Mojo.az Avto

Həyat yoldaşının boğazını kəsmək istəyən şəxs: "Özümdə olmamışam"

15.10.2024 14:21 765
Həyat yoldaşının boğazını kəsmək istəyən şəxs:
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə Cinayət Məcəlləsinin (CM) 29,120.2.4-cü maddəsi ilə təqsirləndirilən Elməddin Üzeyir oğlu İsmayılovun məhkəmə prosesinin ilkin baxış iclası keçirilib.

"Unikal"ın məlumatına görə, Elməddin İsmayılov öz həyat yoldaşı Xatın İsmayılovanı öldürməyə cəhd edib. İttiham aktına görə, Elməddin İsmayılov kirayə qaldığı evdə qaynının arvadı Firəngiz Rəsulovanın gözü qarşısında Xatın İsmayılovanın boğazını kəsmək istəyib. Ancaq Firəngiz Rəsulovanın müdaxiləsi nəticəsində niyyətinə nail ola bilməyib və Xatın İsmayılovaya 9 bıçaq zərbəsi vurub.

Təqsirləndirilən şəxs hadisəni törədən zaman özündə olmadığını deyib.

Məhkəmə prosesi oktyabr ayının 29-na kimi təxirə salınıb.

Xatırladaq ki, hadisə bu il iyun ayının 9-da Bakının Səbail rayonu, 20-ci Sahə ərazisində qeydə alınıb. 2001-ci il təvəllüdlü Xatın Ehtiram qızı İsmayılova həyat yoldaşı tərəfindən döyülərək bıçaqlanıb.

O, ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, qadına 9 bıçaq zərbəsi vurulub.

Faktla bağlı Səbail Rayon Prokurorluğunda CM-in 29,120.2.4-cü (xüsusi amansızlıqla adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.скачать dle 11.3
Mojo.az Banner