Mojo.az Banner
19:28 Narkotik aşkarlanan yük maşınları müsadirə olunsun - Deputatdan təklif  |     19:23 Bu şəxslərin Prezident təqaüdünün təyini üçün sənədlər müəyyənləşdi  |     19:14 “Trabzonspor”un baş məşqçisi təyin olundu  |     19:09 Sudanda qızıl mədəni çökdü, 60 nəfər öldü  |     19:01 Sabah 35 dərəcə isti olacaq  |     18:55 Azərbaycan Bolqarıstandan "Premium" benzin idxalını 20 dəfə artırıb  |     18:46 Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanıldı  |     18:41 Məkkə səmasında PUA məhv edildi - VİDEO  |     18:33 Xınalıq yolunda sürüşmə oldu - VİDEO  |     18:27 Jurnalistləri daşıyan helikopter qəzaya uğradı - Ölənlər var  |     18:20 Messi vida matçı üçün Argentina millisinə çağırıldı  |     17:57 Ramiz Mehdiyevin işində onlar da dindirilib  |     17:43 Cəlilabadda polis əməliyyat keçirdi: Saxlanılan var - FOTO  |     17:16 Badamdarda PARTLAYIŞ: Xəsarət alan var  |     17:01 Makiyaj edən məktəbli müzakirələrə səbəb oldu: "Altı dərs boş-boş oturduq" - VİDEO  |     16:56 Xaricdən sifariş verənlər bunu bilməlidir: Gömrük qaydaları dəyişdi  |     16:54 Azərbaycanda hərbi rütbələrin verilməsi qaydasına dəyişiklik edilir  |     16:53 Bakı Qızlar Universitetinin bütün tələbələri köçürüldülər  |     16:51 İcra hakimiyyətində əməliyyat zamanı saxlanılan vəzifəli şəxslərlə bağlı QƏRAR VERİLDİ  |     15:16 Hikmət Hacıyev: "Azərbaycan və BƏƏ strateji tərəfdaşdır"  |    
Mojo.az Avto
Mojo.az Avto

Fransa və Əlcəzairdən Azərbaycana heyvan məhsullarının gətirilməsinə məhdudiyyət qoyuldu

15.10.2024 13:30 1 155
Fransa və Əlcəzairdən Azərbaycana heyvan məhsullarının gətirilməsinə məhdudiyyət qoyuldu
Fransa və Əlcəzairin bəzi ərazilərdən Azərbaycana bütün növ diri iri və xırdabuynuzlu heyvanların gətirilməsinə müvəqqəti məhdudiyyət tətbiq olunub.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Qeyd olunub ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) rəsmi məlumatlarına əsasən, Fransa Respublikasının Overn-Rona-Alplar regionunda blutanq, Əlcəzair Xalq Demokratik Respublikasının Tizi-Uzu əyalətində dabaq, Qərdaya, Blida, Batna, Tizi-Uzu, Cicəl, Bumerdes, Büyura, Becaya, Mədiya, Mila əyalətlərində isə nodulyar dermatit xəstəliyi qeydə alınıb.

Azərbaycan ərazisinin qeyd olunan yoluxucu xəstəliklərdən qorunması üçün zonalaşma prinsipi nəzərə alınmaqla, Overn-Rona-Alplar regionunda xəstəlik baş vermiş təsərrüfatdan 150 km radiusda olan məsafədən bütün növ diri iri və xırdabuynuzlu heyvanların, dəvələrin, həmçinin onlara aid genetik materialların idxalına, Tizi-Uzu əyalətində xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədən çütdırnaqlı heyvanların (iri və xırdabuynuzlu heyvanlar, donuz, dəvə və s.), habelə onlara aid xammal və məhsulların idxalına və tranzit daşınmasına, Qərdaya, Blida, Batna, Tizi-Uzu, Cicəl, Bumerdes, Büyura, Becaya, Mədiya, Mila əyalətlərində xəstəlik baş vermiş təsərrüfatın 50 km radiusda olan məsafədən bütün növ diri iribuynuzlu heyvanların və onlara aid genetik materialların idxalına WOAH-nin "Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi"nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə qeyd olunan inzibati ərazi vahidlərindən gələn, yaxud tranzitlə keçib respublikamıza daxil olan, habelə respublika ərazisindən tranzitlə digər ölkələrə gedən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.скачать dle 11.3
Mojo.az Banner