Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Yanacaqdoldurma məntəqəsində PARTLAYIŞ - ÖLƏN VAR

12.10.2024 21:29 831
Yanacaqdoldurma məntəqəsində PARTLAYIŞ - ÖLƏN VAR
Bu gün günorta saatlarında Çeçenistan Respublikasının paytaxtı Qroznıda güclü partlayış baş verib.
 
Median.Az bildirir ki, hadisə Məhəmməd Əli prospektində, İnformasiya Texnologiyaları Kollecinin yaxınlığında baş verib. Axmatovski rayonunda yanacaqdoldurma yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində iki azyaşlı uşağı olan qadın da daxil olmaqla 4 nəfər həlak olub. Rusiya Fövqəladə Hallar Nazirliyi faciəyə səbəb kimi qaz çəninin partlamasını göstərib.
 
Hadisə şahidlərinin sosial şəbəkələrdə yerləşdirdiyi videoda yanğın, sonra isə ikinci güclü partlayış görünür. Onlarla yerli sakin mağazaların yanında dayanaraq yanan yanacaqdoldurma məntəqəsinə baxıblar. Zərbə dalğası binanın qalıqları və silindrlərini atıb. İkinci partlayışdan sonra insanlar qaçmağa başlayıb.

Partlayış nəticəsində azı 4 nəfər xəsarət alıb. Onlardan ikisi ana və uşaqdır. Onlara zərbə dalğasının atdığı silindr dəyib. Daha sonra dörd nəfərin öldüyü məlum olub. Şahidlərin sözlərinə görə, onların arasında təxminən üç-beş yaşlarında iki uşağı olan qadın da olub.

İlkin məlumata görə yanacaqdoldurma məntəqəsində baş verən partlayışa səbəb yaşayış binasının həyətinə atılan yanacaq çəninin partlaması olub. Yolda çən “Lada Priora” markalı avtomobili əzib və yaşayış binasından cəmi bir neçə metr aralıya düşüb.

Son xəbərlər