Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Britaniya Rusiyanın ən böyük 10 neft hasil edən şirkətinə sanksiyalar tətbiq edib | 22:54 Hörmüz boğazının şərqində 2 tanker alışıb | 22:48 Bir nüvə partlayışı peyklərin 98 faizini sıradan çıxara bilər | 22:40 Ceyhun Bayramovla Mirzoyan ayaqüstü söhbət etdilər - VİDEO | 22:35 Nəvəsinin andiçməsinə gedərkən itkin düşən kişinin meyiti tapıldı: Təfərrüat | 22:26 Azərbaycan ilə Ermənistan arasında transsərhəd çaylarla bağlı işçi qrupları yaradılıb | 22:20 Son bir ildə Azərbaycan ərazisindən Ermənistana ümumilikdə 105 min ton yük daşınıb | 22:13 Türkiyədə helikopter qəzaya uğradı - ölənlər var | 22:08 Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub - Foto | 22:00 Barəsində 48 axtarış qərarı olan şəxs Azərbaycanda saxlanıldı | 21:53 Bakıda vərəm xəstələri görüntülü zənglə izlənilir? - Açıqlama | 21:46 Lənkəranda şəhid anası vəfat etdi | 21:40 İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - FOTO | 21:34 Uşağa hər istədiyini almaq olmaz - Psixoloqdan valideynlərə xəbərdarlıq | 21:26 Türkanda qanunsuz karxana işlədən şəxs cəzalandırıldı - Dövlətə 21 min manatlıq ödəniləcək | 21:21 6 min manatlıq vəd, yarımçıq qalan iş və amnistiya - Sabiq xidmət əməkdaşı azadlığa buraxıldı | 21:14 Azərbaycanda qadınlar kişilərdən daha çox yaşama səbəbi - Professordan cavab | 21:09 Atasının ölümünə səbəb olan sürücü həbsdən azad edildi | 21:02 Dəmir hasarı daşla əvəz etdi, Səbail İcra Hakimiyyəti cərimələdi - Məhkəmə qərarı ləğv etdi | 20:57 "Bloomberg": İran ayda 50 ballistik raket istehsal edə bilər |
Mojo.az Avto
Mojo.az Avto

Tramp amerikalını öldürən miqrantlar üçün edam cəzası tələb etdi

12.10.2024 13:56 2 868
Tramp amerikalını öldürən miqrantlar üçün edam cəzası tələb etdi
Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp ABŞ vətəndaşlarını öldürən miqrantları edam cəzasına məhkum etməyə çağırıb.

Median.Az
-ın NBC-yə istinadən məlumatına görə, o, bu barədə Nevada ştatının Rino şəhərində çıxışı zamanı bəyan edib.

"Mən amerikalı vətəndaşı və ya hüquq-mühafizə orqanı əməkdaşını öldürən hər hansı miqrantın ölüm cəzasına məhkum olunmasını tələb edirəm", - deyə Tramp bildirib.

Sabiq prezident Kolorado ştatının Aurora şəhərində keçirdiyi mitinqdə də eyni təklifi irəli sürüb. O, "qanunsuz miqrantlar tərəfindən ələ keçirilmiş və işğal edilmiş" kimi xarakterizə etdiyi şəhəri "xilas edəcəyini" bildirib.

Qeyd edək ki, D.Tramp bir müddət əvvəl prezident seçkisində qalib gələcəyi təqdirdə ABŞ Ədliyyə Nazirliyinin ölüm cəzasına qoyduğu moratoriumu ləğv edəcəyini bildirib.

D.Tramp miqrantlara qarşı sərt ritorikası ilə tanınır, o, ABŞ-dəkı miqrantları amerikalıların həyatı və təhlükəsizliyi üçün təhdid hesab edir. Belə ki, sentyabrda o, digər namizəd Kamala Harrislə debat zamanı Ohayo ştatının Sprinqfild şəhərindəki miqrantları yerli vətəndaşların ev heyvanlarını yeməkdə ittiham edib. Daha sonra o, bu şəhərdən bununla məşğul olan haitililərin kütləvi şəkildə deportasiya edildiyini bildirib. Oktyabrda ABŞ-nin keçmiş prezidenti bəyan edib ki, ölkəyə gələn miqrantların çoxu cinayətkardır, onlar özləri ilə "pis genlər" gətiriblər və indi bu onların qanındadır.

Son xəbərlər