Mojo.az Banner
23:01 Arvadını döyməkdə şübhəli bilinən şəxs tutuldu  |     22:53 Xocalıda ayı həyətə girib, yeyib-içdi  |     22:52 Bakıdakı döyüşdə uduzan idmançı karyerasını bitirdi  |     22:36 ÇL-də mərhələ adlayan ilk 10 komanda  |     22:33 Rusiyalı tanınmış aparıcı həbs oluna bilər  |     21:30 Səlim Abbasovun evində yanğın oldu - VİDEO  |     21:22 İtkin kimi axtarılan şəxsin meyiti çaydan tapıldı  |     21:17 Slovakiyadan hansı məhsulları alırıq? - AÇIQLAMA  |     21:10 Kartla ödənişlərin payı 70 faizə yaxınlaşıb  |     21:05 Cinayətdə şübhəli bilinən 43 nəfər saxlanıldı  |     20:56 Şəhid Xudayar Yusifzadənin doğum günüdür  |     20:51 Almaniyada su böhranı: Qaydaları pozanlara 50 min avroya qədər cərimə  |     20:44 Ofisiant işləmək istəyirdilər, soyğunçuluq etdilər  |     20:38 Hədiyyə kartlarının müddəti bitirsə, pul silinə bilərmi? - Hakimdən hüquqi izah  |     20:30 Sakinlərlə obyekt sahibi arasında qalmaqal: "Mən icazə vermirəm ağlamağa!" (Video)  |     20:25 Azərbaycanlıların olduğu daha bir gəmi vuruldu - Kapitan itkin düşdü  |     20:18 Mərdəkanda 22 yaşlı oğlan dənizdə batıb  |     20:04 Onlayn alış-veriş zamanı saxta kosmetik məhsulları necə tanımaq olar?  |     19:48 Qusarda çətənə kolları yetişdirən şəxs tutuldu  |     19:36 Tağı İbrahimovun cəzası 6 ay azaldıdı - 10 nəfərin ölüm işi  |    
Left Banner
Right Banner

Azərbaycanda vəzifəli şəxsin 160 minlik əmlakına həbs qoyuldu - RƏSMİ

07.10.2024 14:23 1 047
Azərbaycanda vəzifəli şəxsin 160 minlik əmlakına həbs qoyuldu - RƏSMİ
Ağdaş rayon prokurorluğunda Kotavan bələdiyyəsinin sədri, «Abadlıq-2012» MMC-nin direktoru və mühasibinin qanunsuz əməllərinə dair istintaqı aparılan cinayət işi yekunlaşıb.

Ağdaş rayon prokurorluğundan Median.Az-a daxil olan xəbər görə, istintaqla, sədr Rəşad Səmədovun bələdiyyəyə ayrılmış pul vəsaitinin 207 min manat hissəsini MMC-nin direktoru Əli Cəbiyev və mühasibi İsmət Abdulkərimovla qabaqcadan əlbir olan bir qrup şəxs halında mənimsəmə və israf etmə yolu ilə talamasına, tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməsinə, qulluq mövqeyindən istifadə edərək kənd ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində özbaşına tikinti işləri aparmasına, bələdiyyənin qanunla qorunan mənafelərinə mühüm zərər vurmasına əsaslı şübhələr müəyyən edilib.

Eyni zamanda, istintaqla MMC-nin direktoru Əli Cəbiyevin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən vahid niyyətlə xeyli sayda işçiləri işlərin yerinə yetirilməsinə cəlb etməsinə əsaslı şübhələr müəyyən edilib.

Rəşad Səmədov Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 188.4.2 (öz qulluq mövqeyindən istifadə etməklə torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma), 309.1 (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri, Əli Cəbiyev 162-1.1 (əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi), 179.3.2, 188.4.2 və 313-cü maddələri, İsmət Abdulkərimov isə 179.3.2 və 313-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.

Həmçinin, Əli Cəbiyevin rəhbəri olduğu hüquqi şəxsin xeyrinə vəzifə saxtakarlığı cinayətini törətməsi müəyyən edildiyindən MMC barəsində Cinayət Məcəlləsinin 313-cü maddəsinə münasibətdə cinayət-hüquqi tədbirlərin tətbiq edilməsinə dair icraat başlanıb.

Cinayət işinin istintaqı zamanı təqsirləndirilən şəxslər tərəfindən vurulmuş maddi ziyanın 65 min manatı ödənilib, eləcə də, maddi ziyanın qalan hissəsinin ödənilməsini təmin etmək məqsədilə təqsirləndirilən şəxslərə məxsus 160 min manatdan artıq dəyərdə əmlaklar üzərinə həbs qoyulub.

İş üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.скачать dle 11.3
Mojo.az Banner