Mojo.az Banner
20:30 Kəlbəcərdə çaya düşən 11 yaşlı uşağın meyiti tapıldı  |     20:23 Qubada qadını tok vurub öldürdü  |     20:18 Antibiotik vurulan 5 aylıq hamilə qadın öldü - Araşdırma aparılır (YENİLƏNİB)  |     20:09 Naxçıvanda əhalinin sayı artıb  |     20:02 Bu ölkədə uşaq evində yanğın oldu - Ölənlər var  |     19:57 Dövlət Agentliyindən dənizçilərə ÇAĞIRIŞ  |     19:50 Ukraynada yeni Baş nazir təyin olundu  |     19:44 İngiltərənin baş məşqçisi istefaya göndəriləcək?  |     19:39 Azərbaycan əhalisi 2 milyard manatlıq yanacaq alıb  |     19:30 Yas mərasimlərində kütləvi zəhərlənməyə səbəb lavaş imiş - AQTA  |     19:24 Hacıqabulda 3 kiloqram narkotik vasitə aşkarlandı  |     19:15 Zərdabda 1 tondan artıq xaş-xaş kolu məhv edildi  |     19:10 Mirzoyan bu il Azərbaycana gələ bilər - TƏHLİL  |     19:04 "Green card" almaq istəyənlərə bəd xəbər - 100 min dollar...  |     18:59 Tramp silah istehsalına 10 milyard dollarlıq yeni investisiya qoyur  |     18:50 Azərbaycanda 15 nəfərə professor elmi adı verilib  |     18:45 Yanğın təhlükəli sexin fəaliyyəti dayandırıldı - Video  |     18:37 Ərdoğan bu videonu izləyib göz yaşlarını saxlaya bilmədi - Video  |     18:12 Ailə büdcəsində təhsil fərqi: Ali təhsillilər pullarını hara xərcləyir?  |     17:59 Üç ölkənin hərbçiləri Azərbaycanda birgə təlim keçirəcək  |    
Left Banner
Right Banner

Bakıda kişi tanışını salam vermədiyi üçün öldürmək istədi

25.09.2024 11:31 999
Bakıda kişi tanışını salam vermədiyi üçün öldürmək istədi
Bakıda tanışını öldürməyə cəhddə təqsirləndirilən Bəhrəm İbayevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Orxan Kəngərli ittiham aktını elan edib.

İstintaqla müəyyən edilib ki, Bəhrəm İbayev ötən ilin aprelində tanışı Natiq Hüseynovun ona hansı səbəbə görə yanından keçən zaman görüb salam verməməsinə dair irad bildirib.

Daha sonra tərəflər görüşüb bu məzmunda aralarında yaranmış anlaşılmazlığa aydınlıq gətiriblər.

Lakin sonradan Bəhrəm İbayev qohumunun vəfat etməsi səbəbindən iki aylıq Göyçay rayonuna getməli olub.

Rayonda olduğu zaman özü haqda guya Natiqin onu aparıb təklikdə cəzalandırması, onu görəndə hərəkətlərinə fikir verməsi, özündən üzr istəməsi, saymamazlıq etdiyi üçün hətta qəsəbədən qovması kimi məlumatların dolaşdığını eşidib

İttiham aktında göstərilib ki, o, bu söz-söhbətlərə son qoymaq üçün Natiq Hüseynovdan qisas almaq niyyəti ilə onu öldürmək qərarına gəlib. Belə ki, Bəhrəm iyunun 7-də paytaxtın Sabunçu rayonunda yerləşən obyektə gedən zaman təsadüfən Natiq Hüseynovu orda görərək ona ümumilikdə 14 bıçaq zərbəsi vurub.

Natiq Hüseynov aktiv şəkildə müqavimət göstərərək qaçıb kafeyə daxil olduğundan, eləcə də ətrafdakıların köməkliyi ilə vaxtında Sabunçu Rayon Xəstəxanasına çatdırıldığından onun həyatını xilas etmək mümkün olub.

Bəhrəm İbayeva qarşı Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) və 228.4-cü (qanunsuz olaraq odlu və soyuq silah əldə etmə və gəzdirmə) maddələri ilə ittiham irəli sürülüb.скачать dle 11.3
Mojo.az Banner