Mojo.az Banner
21:01 AFFA 4 klubu cərimələdi  |     20:53 "Bu evlərin rəsmiləşdirilməsi büdcəyə 500 milyon manat gətirəcək" - İqtisadçı  |     20:48 19 aptekdə nöqsanlar aşkarlandı  |     20:40 Bu küçədə aparılan təmir və dəyişikliklər sakinlərin narazılığına səbəb oldu - VİDEO  |     20:35 Azərbaycanda bu şəxslərin də maaşı arta bilər  |     20:27 Azərbaycan çempionatında IV turun hakim təyinatları  |     20:22 Bu özəl bağçalara dövlət dəstəyi veriləcək - SİYAHI  |     20:14 İran vətəndaşından satmaq üçün narkotik alan şəxslər tutuldu  |     20:08 Gömrükdə malların saxlanılması ilə bağlı yeni qaydalar qüvvəyə mindi  |     19:55 Sabah 33° isti olacaq  |     19:48 Azərbaycan üçün Şanxay Əməkdaşlıq Təşkilatı nə qədər önəmlidir?  |     19:43 Avqust ayında müşahidə olunan hava açıqlandı  |     19:37 Cinayətdə şübhəli bilinən 50 nəfər saxlanıldı  |     19:30 600-dən yüksək bal toplayan bacılar eyni universiteti seçdilər  |     19:25 Lavrov onu "fürer" adlandırdı  |     19:16 "Ermənistan ruslara viza tətbiq edərsə..." - Zaxarova  |     19:11 Salyanda ağır qəza - Beş nəfər xəsarət aldı  |     19:04 Bakıda bəzi marşrutların qiyməti artacaq  |     18:58 Şuşada turistlər qaya daşlarının üzərini yazıblar  |     18:43 "Zirə" kot-d'ivuarlı vinger transfer etdi - FOTO  |    
Left Banner
Right Banner

PSJ Mbappenin 55 milyon avrosunu ödəməkdən imtina etdi

21.09.2024 21:03 1 617
PSJ Mbappenin 55 milyon avrosunu ödəməkdən imtina etdi
PSJ sabiq hücumçusu Kilian Mbappeyə 55 milyon avro ödəməyib.

Median.Az
bu barədə "Le Parisien" qəzetinə istinadən xəbər verir.

Parislilər Mbappenin ödənişini sentyabrın 20-nə kimi yerinə yetirməli idi. PSJ mübahisəni başqa instansiyaya həvalə etmək niyyətindədir.

"Oyunçu ictimai və özəl öhdəliklər götürüb ki, klub tərəfindən sadəcə yerinə yetirilməsini xahiş edir. Mbappe Parisdəki 7 il ərzində klubdan görünməmiş imtiyazlar alıb", deyə məlumatda bildirilir.

Qeyd edək ki, forvard bundan əvvəl Fransa Futbol Federasiyası vasitəsilə Fransa Liqasının və UEFA-nın hüquq komissiyasına müraciət edərək, Paris klubundan köhnə müqaviləyə əsasən 55 milyon avro məbləğində təzminat ödəməsini tələb edib. KİV-in məlumatına görə, proses Fransa Liqasının sanksiyalarına gətirib çıxara, kluba transfer qadağası qoyula və UEFA lisenziyasından məhrum edilə bilər ki, bu da müvafiq olaraq klubun onun himayəsi altında keçirilən turnirlərdən kənarlaşdırılmasına gətirib çıxaracaq.

Mayın 10-da Mbappe 2017-ci ildən çıxış etdiyi Fransa komandasını tərk edəcəyini rəsmən elan edib. Mbappe ilə "Real Madrid" arasında müqavilənin imzalanması iyunun 3-də rəsmən açıqlanıb. Hücumçu Madrid klubuna azad agent kimi keçib.
//qaynar.azскачать dle 11.3
Mojo.az Banner