Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Elektron siqaretlər beyni kütləşdirir

19.09.2024 12:21 1 998
Elektron siqaretlər beyni kütləşdirir
Ekvadorun Katolik Universitetinin alimləri aşkar ediblər ki, elektron siqaretlər ənənəvi siqaretdən daha çox koqnitiv qabiliyyətləri azaldır. Ancaq beyin sağlamlığı üçün ən təhlükəlisi bu iki pis vərdişin birləşməsidir.

Tədqiqatın nəticələri Amerika Nevroloji Assosiasiyasının (ANA) 149-cu illik toplantısında təqdim olunub.

Tədqiqatda 405 ispanəsilli tələbə iştirak edib. Onlara koqnitiv pozğunluğu yoxlamaq üçün geniş istifadə olunan Monreal Koqnitiv Qiymətləndirməsini (MoCA) tamamlamaq tapşırılıb. Bu testdəki suallar yaddaş, vizual məkan qabiliyyətləri, dil və abstrakt təfəkkür, icra funksiyaları, diqqət, zaman və məkanda oriyentasiyanın qiymətləndirilməsinə yönəldilib.

Nəticələr göstərdi ki, nə adi, nə də elektron siqaret çəkməyən tələbələr orta hesabla 26 MoCA balı toplayıblar. Elektron siqaretdən istifadə edən iştirakçılar orta hesabla 24 bal, adi siqaret çəkənlər isə orta hesabla 25 bal alıblar. Koqnitiv sağlamlığın ən aşağı göstəricilərini həm elektron, həm də adi siqaretdən istifadə edən tələbələr nümayiş etdiriblər.скачать dle 11.3

Son xəbərlər