Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
11:03 General Natiq Əliyevin qızı saxlanıldı | 22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb | 20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər | 19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb |
Mojo.az Avto
Mojo.az Avto

"Prius"la məktəblini vuran sürücü məhkəmə zalından azadlığa buraxıldı

13.09.2024 12:28 1 623
Abşeron Rayon Məhkəməsində yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Vəli Vəliyevin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cəmilə Səfiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs zərərçəkmişlə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə Cinayət Məcəlləsinin 263-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsinin "Qeyd" hissəsinə əsasən cinayət məsuliyyətindən azad edilib və onun həmin Məcəllənin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilib. Vəli Vəliyev barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunub və o, məhkəmə iclas zalından dərhal azad edilib. Hökmdə qeyd edilib ki, iş üzrə maddi sübut kimi tanınmış "Toyota Prius" markalı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın.

İttihama görə, hadisə 2022-ci il tarixdə Abşeron rayonu, Saray qəsəbəsində qeydə alınıb.

Belə ki, 1999-cu il təvəllüdlü Vəli Vəliyev etibarnamə əsasında idarə etdiyi "Toyota Prius" markalı avtomobillə hərəkətdə olarkən yolu sağdan sola keçən piyada, zərərçəkmiş, 2011-ci il təvəllüdlü Valeh Səfərlini (şərti) vuraraq ona bədən xəsarəti yetirib. Daha sonra sürücü yaralını xəstəxanaya aparıb.

Hadisədən sonra Vəli Vəliyev saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

Son xəbərlər