Mojo.az Banner
18:01 Mask bunu da etdi - Ağzını açmadan danışa bildi (VİDEO)  |     17:55 "Çelsi" səfərdə uduzdu  |     17:45 Suriyada silah anbarında partlayış: 11 hərbçi öldü  |     17:22 Şahin Bağırov Fərid Usubovun yerinə onu təyin etdi  |     17:07 Göygöl rayonuna dolu düşüb - Faktiki hava  |     17:02 Bakıda baş verən güclü yanğın söndürülüb (Video)  |     16:48 Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam  |     16:38 Füzulidə ağır qəza - Ölən və yaralananlar var  |     16:22 Pensiya və minimum əməkhaqqı artır - VİDEO  |     16:21 Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq  |     16:18 Arvadını 11 yaşlı qızının gözü qarşısında 17 bıçaq zərbəsi ilə öldürənə hökm oxundu  |     16:16 26 marşrut avtobusunun hərəkət sxemi dəyişdirilir: İkisinin fəaliyyəti dayandırılır  |     16:12 Vətəndaşlar dini malları gömrük sərhədindən necə keçirə bilərlər?  |     16:10 Həkəri çayında batan şəxsin meyiti 2 ay sonra tapıldı  |     14:23 Donald Tramp BMT-də Zelenski ilə görüşməyəcək?  |     14:22 Sərnişinlərin nəzərinə: Bakıda bu marşrut avtobuslarının yolu dəyişdirildi - Siyahı  |     14:21 Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı  |     14:19 Bakıda qadına çoxsaylı bıçaq zərbələri vuruldu - 17 yaşlı oğlu saxlanıldı (Yenilənib)  |     14:17 Şəhidlərin qanının yerdə qalmayacağına söz verən qəhrəman polislərimiz - Real döyüş kadrları (Video)  |     14:16 Azərbaycan nefti bahalaşıb  |    
Mojo.az Avto
Mojo.az Avto

AFFA Samir Abasova xəbərdarlıq edib

28.08.2024 19:59 849
AFFA Samir Abasova xəbərdarlıq edib
AFFA "Sumqayıt" klubunun baş məşqçisi Samir Abasova xəbərdarlıq edib.

Bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

S.Abasov Azərbaycan Premyer Liqasının IV turunun “Sabah”la səfər oyununda (1:3) intizam qaydalarını pozub.

AFFA azarkeşlərinə görə də “Sumqayıt”a xəbərdarlıq edib. Buna qonaq fanatların rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirməsi səbəb olub. Bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə qurum xəbərdarlıq etməklə kifayətlənib.

“Sabah” - “Sumqayıt” görüşü bitdikdən sonra meydana kənar şəxs daxil olduğuna görə Bakı klubu 800 manat cərimələnib.

İntizam Komitəsi “Zirə”ni də 2000 manat cərimələyib. Buna səbəb “Şamaxı” ilə oyun bitdikdən sonra Bakı təmsilçisinin AFFA nümayəndəsinin tələblərinə əməl etməməsi olub.
//reportскачать dle 11.3
Mojo.az Banner