Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb | 20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər | 19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb | 19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi |
Mojo.az Avto
Mojo.az Avto

13 nəfərin ölümünə səbəb olan rusiyalı hərbçi rütbəsini qaytardı: Müharibəyə gedəcək

28.08.2024 11:41 747
13 nəfərin ölümünə səbəb olan rusiyalı hərbçi rütbəsini qaytardı: Müharibəyə gedəcək
Rusiyanın Kostroma şəhərində yerləşən "Poliqon" klubunda baş verən yanğına görə 20 il həbs cəzasına məhkum edilmiş rusiyalı hərbçi Stanislav İonkin Ukraynada hərbi əməliyyatlarda iştirak etmək üçün ölkənin Müdafiə Nazirliyi ilə müqavilə imzalayıb.

Median.Az
-ın RBC.ru-ya istinadən xəbərinə görə, bu barədə hərbçinin vəkili Yuri Xromsov məlumat verib.

"İonkin bu müqaviləni martın sonu-aprelin əvvəlində hökm çıxarılandan dərhal sonra imzalayıb. Və o, Müdafiə Nazirliyi ilə müqavilə imzalamaqla yanaşı, tibbi müayinədən də keçib", - deyə vəkil bildirib.

Yuri Xromsov qeyd edib ki, sənədin qanuni qüvvəyə minməsi üçün apellyasiya məhkəməsinin çıxardığı qərar lazım idi ki, bu da avqustun 27-də baş verib və hökm qüvvədə saxlanılıb.

"Yaxın günlərdə İonkin xüsusi hərbi əməliyyata göndəriləcək", - deyə o, fikrini yekunlaşdırıb.

Xatırladaq ki, "Poliqon" klubunda yanğın 2022-ci il noyabrın 5-nə keçən gecə baş verib. Hadisə şahidlərinin sözlərinə görə, klubun yaxınlığında İonkinin iştirakı ilə dava düşüb. Rəqiblərini qorxutmaq üçün hərbçi siqnal tapançasından səmaya atəş açıb. Daha sonra binada yeni münaqişə yaranıb və İonkin binanın içərisində tapançadan istifadə edib.

Yanğın nəticəsində 13 nəfər həlak olub, daha 9 nəfər xəstəxanalara yerləşdirilib. İttiham tərəfi hərbçiyə 16 il həbs cəzası istəyib, lakin 2024-cü ilin martında o, daha ağır cəzaya - 20 il müddətinə ciddi rejimli koloniyada cəzaya məhkum edilib. Stanislav İonkin günahını boynuna almayıb.

Son xəbərlər