Mojo.az Banner
19:55 Sabah 35 dərəcə isti olacaq  |     19:48 Metronun iki stansiyasınının pulsuz olmasının səbəbi AÇIQLANDI  |     19:43 Azərbaycanda nə qədər inflyasiya gözlənilir?  |     19:36 1 vəkil Kollegiyadan xaric edildi  |     19:31 "Yeni iş yerlərinin əksəriyyəti bölgələrin payına düşəcək" - Deputat  |     19:23 Azərbaycan vətəndaşları bu ölkəyə vizasız gedə biləcəklər  |     19:17 Azərbaycanlı sahibkar Gürcüstanda faciəvi şəkildə öldü  |     19:09 Avtomobillərin katalizatorlarını baha edən nədir? - VİDEO  |     19:04 Türk Hava Yolları saqqal qadağasını ləğv etdi  |     18:59 Nəsimi rayonunda aparılan qazıntı işləri nə vaxt yekunlaşacaq?  |     18:53 Azərbaycan vətəndaşı Rusiyada dron hücumu nəticəsində öldü  |     18:39 Fransa XİN: "Martin Ryanın əfv olunması humanitar jestdir"  |     18:30 Zeynəb Xanlarovanın səhhəti ilə bağlı AÇIQLAMA  |     18:23 Azad olunan Martin Ryan Fransaya yollandı  |     18:08 Hazırda Bakıda 26 istiqamətdə tıxac var: SİYAHI  |     17:56 Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu  |     17:53 Qadını zorlayaraq öldürən şəxslərə AĞIR CƏZA  |     17:41 Xəzər rayonunda mənzildən 33 min manat oğurlanıb  |     17:28 Hörmüz boğazında ticarət gəmisi vuruldu: Yaralılar var  |     17:16 MİDA 13 obyektini hərraca çıxarır  |    
Mojo.az Avto
Mojo.az Avto

Bələdiyyə sədrinə 2 ildə 3 dəfə hökm oxundu

27.08.2024 12:36 1 143
Bələdiyyə sədrinə 2 ildə 3 dəfə hökm oxundu
Bu ilin əvvəlində dələduzluğa görə 3 il azadlıqdan məhrum edilmiş sabiq bələdiyyə sədri indi də külli miqdarda rüşvət ittihamı ilə cəzalandırılıb.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, söhbət Qusar rayonunun Caqar, Çətgün, Kuzun, Laza və Zindanmuruq kəndlərinin ərazilərini əhatə edən Kuzun bələdiyyəsinin sədri olmuş Yaşar Kiçikbəyovdan gedir.

55 yaşlı Kiçikbəyov bu ilin əvvəlində dələduzluq cinayətinə görə mühakimə edilib. Qusar Rayon Məhkəməsinin hökmü ilə 3 il müddətə azadlıqdan məhrum edilib.

Məhkəməsi davam etdiyi müddətdə onun korrupsiya cinayətlərinin də üstü açılıb. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib.

İttihama görə, Kiçikbəyov bələdiyyə torpaqlarını fermerlərdən və digər şəxslərdən rüşvət alaraq uzunmüddətli icarəyə verib. O, bələdiyyənin hüquqlarına və qanunla qorunan mənafelərinə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərini aşıb, vəzifəli şəxs kimi vahid tamah niyyəti ilə rəsmi sənədə bilə-bilə yalan məlumatlar daxil edib.

Onun işi Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Aynur Rzayevanın sədrliyi ilə araşdırılıb.

Məhkəmə istintaqı ilə eks-bələdiyyə sədrinin təqsiri sübuta yetirilib. Hökmə əsasən, ona əvvəlki cəzası toplanmaqla 9 il azadlıqdan məhrumetmə cəzası verilib.

Qeyd edək ki, müttəhim Kiçikbəyov ilk dəfə 2022-ci ildə həbs edilib. Həmin vaxt ona 2 il 6 ay həbs cəzası verilib. Sonrakı hökmlə ümumi cəza müddəti 3 ilə qaldırılıb. Bu, onun iki il ərzində üçüncü hökmüdür.скачать dle 11.3
Mojo.az Banner