Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb | 20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər | 19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb | 19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi |
Mojo.az Avto
Mojo.az Avto

Putin müharibəni Rusiyanın inkişafının əsas şərti adlandırdı

26.08.2024 21:03 855
Putin müharibəni Rusiyanın inkişafının əsas şərti adlandırdı
Ukraynaya qarşı müharibədə ordunun uğuru Rusiyanın gələcək inkişafı üçün əsas şərtdir.

Qaynarinfo xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.

"Xüsusi hərbi əməliyyat”ın uğurla başa çatdırılması", o cümlədən ordunun ehtiyacları üçün "iqtisadi bazanın gücləndirilməsi" hökumətin növbəti altı ildə iqtisadi siyasətinin diqqət mərkəzində olmalıdır", - Putin bazar ertəsi rəsmilərlə görüşdə deyib.

"Planlarımızı həyata keçirərkən biz ilk növbədə iqtisadiyyatdakı işlərin vəziyyətinə güvənirik, çünki dövlətin resurs və büdcə imkanlarını müəyyən edən sənaye, ticarət, logistika və maliyyə potensialıdır”, - deyə mətbuat Putinin sözlərindən sitat gətirir.

Prezidentin sözlərinə görə, hazırda Rusiya iqtisadiyyatı "yaxşı templə böyüməyə davam edir”. Altı ay ərzində ÜDM 4,6%, sənaye istehsalı 4,4%, hərbi sənaye kompleksinin daxil olduğu emal sənayesi isə 8% artıb.

Büdcə gəlirləri üçdə bir dəfədən çox artıb və "müəssisələr və işçi qüvvələr stabil və ritmik işləyir”, Putin deyib. O əlavə edib ki, "real sektorda müsbət meyilləri gücləndirmək” və ölkənin "infrastruktur çərçivəsini” gücləndirmək lazımdır.

Ötən il rəsmi statistikaya görə, ÜDM 3,6% artıb, bu yay artım tempi 5%-ə çatıb. Britaniya İqtisadi Siyasət Tədqiqatları Mərkəzinin (CERP) ekspertlərinin hesablamalarına görə, hakimiyyət orqanlarının bildirdiyi iqtisadi bum tamamilə müharibə ilə bağlıdır: hərbi məhsulların istehsalı 2022-ci ildən bəri 60% artıb, mülki sənaye sahəsində isə durğunlaşma gedir.

Rosstat-ın operativ məlumatları göstərir ki, yayın əvvəlindən iqtisadiyyat kəskin şəkildə yavaşlayır: əgər fevralda ÜDM-in artım tempi illik müqayisədə 7,6%-ə, birinci rübdə 5,4%-ə çatmışdısa, may ayında bu, artıq yalnız 3% olub.

İyun ayında sənaye istehsalının artım tempi demək olar ki, 3 dəfə azalaraq son 15 ayda ən aşağı səviyyəyə - 1,9%-ə çatıb.

Son xəbərlər