Mojo.az Banner
23:00 Ehtiyatlı olun! Ulduzlar bu bürclərə xəbərdarlıq edir  |     22:50 Ordumuzun giziri həlak oldu - FOTO  |     22:42 Bu universitet bağlanır? - Tələbələr narahatdır (VİDEO)  |     22:37 Anası tərəfindən zəncirləndiyi deyilən 17 yaşlı oğlan müəssisəyə yerləşdiriləcək  |     22:30 Ləğv olunan 19 bankda əmanətlərin ümumi məbləği açıqlandı  |     22:25 Yaylaq festivalında xəsarət alanların kimliyi məlum oldu (YENİLƏNİB)  |     22:16 Sumqayıtda qəzada ölən hakimin anası 1 milyon manat təzminat istəyib  |     22:11 Naxçıvanda 4 "Tiktoker" söyüşə görə saxlanıldı  |     22:02 Ağdamın iki kəndində güclü yanğın davam edir: Dörd rayondan qüvvələr cəlb olunub (Yenilənib)  |     21:39 Məhərrəmlik nə vaxt bitir?  |     21:32 Piyada qaydanı pozduqda sürücünün məsuliyyəti necə müəyyən edilir?  |     21:18 İspaniyada meşə yanğınlarına görə 70 mindən çox insan təxliyə edilib  |     20:51 Xətaidə evyaran üç nəfər SAXLANILDI  |     20:47 Paşinyanla Makron Ermənistan-Azərbaycan sülh prosesini müzakirə etdilər  |     20:42 NATO-da ŞOK HADİSƏ: Qərargahda çalışan casus saxlanıldı  |     20:25 Ləğv prosesində olan banklara görə ödənilən kompensasiyanın məbləği açıqlandı  |     20:19 Azərbaycanda ən çox bazar və yarmarkası olan bölgələr  |     20:11 Professor: Korvalolun istifadəsi həkim təyinatı ilə olmalıdır  |     20:06 Aşıq Əhlimanın səhhətində ciddi irəliləyiş yoxdur - Oğlu son vəziyyəti açıqladı  |     20:00 Bakıda iki küçənin təmirinə 23 milyon manata yaxın pul ayırılacaq  |    
Left Banner
Right Banner

Narkotik cinayətlərinə görə həbs edilən şəxslə bağlı valideynlərin iddialarına aydınlıq gətirilib

24.08.2024 22:40 786
Narkotik cinayətlərinə görə həbs edilən şəxslə bağlı valideynlərin iddialarına aydınlıq gətirilib
Bəzi sosial şəbəkə səhifələrində Salyan rayon sakini Rəhman Axundovun valideynləri övladlarının təqsiri olmadığı halda həbs edilməsinə dair iddialar səsləndiriblər.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, R.Axundovun həbs edilməsinə dair səsləndirilən iddialar həqiqətdən uzaqdır və heç bir hüquqi əsası yoxdur. Həmin iddialar konkret olaraq narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətinə görə məsuliyyətə cəlb olunan R.Axundovun müdafiəsi məqsədindən irəli gəlir.

Belə ki, R.Axundov darə etdiyi "Prius" markalı nəqliyyat vasitəsilə tanışı Azər Caniyevlə birlikdə ötən il noyabrın 4-də narkotik vasitə götürmək üçün Siyəzən rayonuna gediblər. Narkotik vasitəni götürən zaman polis əməkdaşları tərəfindən A.Caniyev saxlanılıb və R.Axundov isə avtomobil ilə oradan uzaqlaşıb.

A.Caniyev isə saxlanılaraq polis şöbəsinə gətirilib, üzərinə şəxsi axtarış aprılıb və şəxsi istehlak miqdarından artıq narkotik vasitə və psixotrop maddə aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə cinayət işi başlanılıb, A.Caniyev təqsirləndirilən şəxs qismində cəlb edilməklə məhkəmənin qərarı ilə həbs edilib.

İstintaqı davam etdirilən cinayət işi üzrə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün R.Axundov cari il yanvar ayının 15-də paytaxtın Nərimanov rayonunda saxlanılaraq istintaqa təhvil verilib. O, təqsirləndirilən şəxs qismində cəlb edilməklə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.скачать dle 11.3
Mojo.az Banner