Mojo.az Banner
23:01 Tanınmış iqtisadçının evinə ilan girdi - Sumqayıtda təhlükəli anlar  |     22:56 Kürdəmirdə açıq ərazidə yanğın başlayıb  |     22:50 Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı  |     22:43 Hazırda istifadə edilən ödəniş kartlarına da məhdudiyyət qoyulacaq? - Açıqlama  |     22:38 Zidan QADAĞAN ETDİ  |     22:29 Rusiyaya gedən İran qazı Azərbaycandan keçəcək  |     22:23 Bakı metrosunda HƏYƏCANLI ANLAR: Sərnişin relslərə düşdü  |     22:18 Ağaclar qanunsuz kəsildi, təbiətə 225 min manatdan çox ziyan vuruldu  |     22:10 Çay evində mahnı sifarişi üstündə DAVA: Müştəri bıçaqlandı  |     22:05 Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək  |     21:51 Günəşdə güclü partlayış gözlənilir - Maqnit qasırğası olacaq  |     21:44 Ekrandakı “n” işarəsi nə deməkdir? - Cavabı sizi təəccübləndirə bilər  |     21:39 Üç yaşlı uşaq 21 maqnit uddu  |     21:34 Körpələrə ana südü nə qədər verilməlidir?  |     21:26 Navai 7 illik mühafizəçisinə maşın hədiyyə etdi - VİDEO  |     21:21 2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər  |     21:13 Bu ağcaqanadlar daha təhlükəlidir  |     21:07 Zibil qabındakı xoşagəlməz qoxulardan necə qurtulmaq olar?  |     20:59 Bakıda hava niyə "yapışqan" və boğucu hiss olunur? - Meteoroloq səbəbini açıqladı  |     20:54 General-leytenant rütbəsi verilən Allahverən İsmayılov kimdir?  |    
Mojo.az Avto
Mojo.az Avto

Naxçıvan gömrükçüləri aksiz markası olmayan 60 000 ədəd siqaret aşkar edib

24.08.2024 19:19 669
Naxçıvan gömrükçüləri aksiz markası olmayan 60 000 ədəd siqaret aşkar edib
Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşları aksiz markası olmayan 2 080 qutu (41 600 ədəd) “Marlboro” və 920 qutu (18 400 ədəd) “Parlament” markalı ümumilikdə 60 000 ədəd siqaret aşkar edib.

İrandan tranzit keçməklə Naxçıvan-Bakı istiqamətində hərəkət edən 99ZC683 qeydiyyat nömrəli “MERCEDES BENZ” markalı qarışıq yük aparan yük nəqliyyat vasitəsinə gömrük baxışı həyata keçirilib.

Yoxlama zamanı rentgen qurğusunda şübhəli monitor təsvirləri əsasında ölkə ərazisinə qanunsuz yolla gətirilən üzərində aksiz markası olmayan külli miqdarda siqaret aşkar olunub.

Faktla bağlı araşdırılma aparılır.скачать dle 11.3
Mojo.az Banner