Mojo.az Banner
22:57 "Formula-1"lə bağlı mühüm dəyişikliklər  |     22:52 Bakını tərk edən deputat danışdı: “Artıq burada yaşayıram”  |     22:42 Yumurta yeyənlərin diqqətinə: Bu xəstəliyin riski daha aşağı ola bilər  |     22:31 Serdar Ortaç vəsiyyətini açıqladı – Mirası kimlərə qalacaq?  |     22:21 Dünyanın ən böyük neft ehtiyatlarına malik ölkələri açıqlandı - SİYAHI  |     22:10 Universitetin 3-cü kurs tələbəsi vəfat etdi  |     21:53 Ozon dəliyi rekord səviyyədə kiçildi  |     21:48 Bu universitetlərdə dərslər onlayn keçiriləcək  |     21:40 "Bitcoin" sürətlə bahalaşır - Yeni QİYMƏT  |     21:35 Çalışanların 98 faizindən çoxu bu sektordadır - RƏQƏMLƏR  |     21:28 Azərbaycanda ən çox bu xəstəliklərdən əziyyət çəkirlər - RƏSMİ STATİSTİKA  |     21:23 Bakının bu ərazisində zəhərli ilanlar peyda oldu  |     21:15 Bu əsgərlərə pis xəbər: bir neçə ay gec tərxis olunacaqlar – SƏBƏB  |     21:10 Toydan çıxarkən qonşusunu döydü - 2 il 3 ay azadlığı məhdudlaşdırıldı  |     21:02 Bu həftə ən şanslı olacaq BÜRCLƏR  |     20:57 Anasını yemək üstündə döydü - Məhkəmə qərar verdi  |     20:50 "Private Facility Management" və rəhbəri məhkəmə qarşısında - 3000 manatlıq cərimə  |     20:45 Bu qəzadan xəsarət almadan qurtuldular  |     20:39 Payızda oynaq ağrıları niyə artır? - Həkimdən vacib xəbərdarlıq  |     20:36 Bakıda 10 ildən çoxdur satılmayan malikanə: Qiyməti 3 milyon endirildi (FOTO)  |    
Mojo.az Avto
Mojo.az Avto

51 yaşında yenidən tələbə oldu

23.08.2024 21:11 954
51 yaşında yenidən tələbə oldu
Bu il tələbə adını qazananlar arasında 51 yaşlı Həqiqət Salahova da var. Şəmkir rayonu Düyərli kənd sakini olan Həqiqət xanım Azərbaycan Kooperasiya Universitetinin Sosial iş ixtisasına qəbul olub.

“Qafqazinfo”ya açıqlama verən 51 yaşlı tələbə bildirib ki, daha öncə təhsil alsa da bu il yenidən tələbə olmaq qərarı verib:

“Məktəbi yaxşı qiymətlərlə oxuyub bitirmişəm. Öncə Bakı Neft - Energetika Kollecində təhsil aldım. Daha sonra isə Azərbaycan Dövlət Neft Akademiyasına qəbul oldum. Lakin diplom müdafiəsində iştirak edə bilmədim. Buna səbəb isə artıq ailə qurmağım və böyük oğlumun dünyaya gəlməsi idi. Məhz müdafiədə iştirak edə bilmədiyim üçün diplom da ala bilmədim. Bu, illərlə ürəyimdə qalmışdı. Düzdür uzun illər kənddə repetitor kimi fəaliyyət göstərmişəm. Hər iki oğlumun təhsili ilə özüm məşğul olmuşam, onlar da ali təhsil alıblar. Bu il qərar verdim ki, artıq mən də hazırlaşıb sənəd verim. Elə də etdim və qəbul oldum”.

Həqiqət xanım deyir ki, bunun üçün o cəmi bir ay hazırlaşmalı olub: “Gün ərzində ev işlərimi və yanıma gələn şagirdləri yola saldıqdan sonra 4-5 saat vaxt ayıraraq hazırlaşdım. 234,80 bal topladım və istədiyim ixtisasa qəbul oldum. Ailəm və övladlarım məni çox dəstəklədi. Qiyabi təhsili seçmişəm. Həyat yoldaşım, hətta dedi ki, əyani təhsil al. Amma özüm götür-qoy etdim və gördüm ki, belə daha uyğun olar. Ətrafdan qınayanlar çox oldu. Sosial şəbəkədə bu sevincimi bölüşdüm, amma mənfi rəylər aldım. Gənclərə demək istərdim ki, heç biri həvəsdən düşməsin. Əgər bu il alınmadısa, yenidən cəhd etsinlər”.скачать dle 11.3
Mojo.az Banner