Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
14:08 Etibar Pirverdiyev 15 min manatlıq gülü kimin üçün aldırıb? | 14:02 Bəzi ərazilərdə qəzalı binalar sökülür - VİDEO | 13:35 Bakıdakı kütləvi dava ilə bağlı daha üç nəfər saxlanıldı | 13:33 Paşinyan öz missiyasını açıqladı: "Bu fürsətdən yararlanmamaq bağışlanmaz olardı" | 13:31 Dvalişvili Nurməhəmmədovla insidentdən sonra ilk açıqlamasını yaydı | 13:15 Bakıda 32 yaşlı kişi bıçaqlandı | 13:10 Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu | 13:05 Qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə müraciət: Sel və daşqın olacaq | 13:01 Ölkə ərazisində istilik mövsümü başlayır | 23:01 Həftəsonu bu bürclərə sevgi gətirəcək | 22:56 Yer kürəsinin yeni “mini peyki” kəşf edildi | 22:51 Qış mövsümünün ən dəbli şalvar modelləri açıqlandı - YENİ TREND | 22:43 İnfarktın çoxlarının bilmədiyi əlaməti açıqlandı | 22:35 Dekabrdan bu 4 BÜRCÜN HƏYATI DƏYİŞİR | 22:30 Qaxda 30 ağac kəsildi, təbiətə 10 min ziyan dəydi - İki nəfər məsuliyyətə cəlb olundu | 22:22 Leyla Əliyeva Antalyada biomüxtəlifliyinin qorunması və ekosistemlərin bərpasını müzakirə edib | 22:17 İpoteka üçün müraciət edənlərin sayı açıqlandı | 22:10 Yolu piyada keçidindən keçmədi, həyatından oldu - VİDEO | 22:03 Sumqayıtda yol çökdü - Foto | 21:55 Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və "Lvbel C5"ə 5 il həbs cəzası istənilir |
Mojo.az Avto
Mojo.az Avto

Bakıda iş adamının mağazasını TALADILAR: Oğurluq edən şəxs də SAHİBKARDIR

23.08.2024 11:27 876
Bakıda iş adamının mağazasını TALADILAR: Oğurluq edən şəxs də SAHİBKARDIR
Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən "Sədərək" Ticarət Mərkəzində olan "Baby Land" uşaq oyuncaqları mağazasından külli miqdarda oğurluq hadisəsi olub.

"Qaynarinfo"nun məlumatına görə, hadisənin 1985-ci ildə Bakıda doğulmuş, həmin mağazada satıcı işləyən Həmid Məmmədov (soyad şərti) tərəfindən törədilməsi məlum olub.

Həmid ticarət mərkəzində yerləşən "Engin" mağazasının müdiri, 1992-ci ildə Sumqayıt şəhərində anadan olmuş Sahil Cəfərovla (soyad şərti) əlbir olaraq oğurluq hadisəsini törədib.

Hər iki şəxsə Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə cinayət işi açılıb, baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmədə məlum olub ki, "Sədərək" Ticarət Mərkəzində yerləşən "Baby Land" uşaq oyuncaqları mağazasının sahibi, iş adamı Sülhəddin adlı şəxsdir. O, mağazada satıcı işləyən Həmidə və bacısı oğluna obyektin açarlarını etibar edib. Həmid də Sahillə birləşərək Sülhəddinin xaricdə olmasından istifadə edərək mağazadan külli miqdarda uşaq oyuncağı oğurlayıb. Oğurlanan uşaq oyuncaqları Sumqayıt şəhərində yerləşən "Oyuncaqçı Store" adlı mağazaya və digər yerlərə ucuz qiymətə satılıb.

"Engin" mağazasının müdiri Sahil məhkəmədə özünü günahkar hesab etməyib və Həmid tərəfindən ona ucuz satılan uşaq oyuncaqlarının oğurluq olduğunu bilmədiyini deyib.

"Baby Land" uşaq oyuncaqları mağazasının sahibi Sülhəddin ifadəsində deyib ki, mağazada olan əmlakın hamısı ona məxsusdur və heç bir şəriki yoxdur. Həmidin mağazada işlədiyi müddətdə nümunəvi işçi olduğuna görə ona açarları etibar edib.

Məhkəmənin qərarı ilə "Engin" mağazasının müdiri Sahilə 2 il 11 ay 26 gün, Həmidə isə 1 il 11 ay 2 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Sonuncu məhkəmə zalından azad edilib. Hər iki şəxs cəza aldıqları müddət ərzində "elektron qolbaq"da gəzəcəklər.

Son xəbərlər