Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
12:06 Qubada sərxoş kişi qəbiristanlıqda öldü | 12:04 Büdcədən Azərbaycan kinosuna milyonlarla manat ayrılır | 11:59 Azərbaycanda idmana 35 milyon manatdan çox pul xərclənəcək | 11:41 Zidan "Yuventus"da işləməyə razıdır | 11:33 Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - FOTO | 11:17 Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib - Foto | 11:13 Azərbaycanda sabiq vəzifəli şəxs restoranda dava saldı: Xəsarət alan var - Hadisənin detalları | 11:08 Prezidentin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı paylaşım edilib | 11:03 General Natiq Əliyevin qızı saxlanıldı | 22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi |
Mojo.az Avto
Mojo.az Avto

Siciliya yaxınlığında yaxta ilə batan məşhur bankir və həyat yoldaşının cəsədləri tapıldı

22.08.2024 22:32 1 533
Siciliya yaxınlığında yaxta ilə batan məşhur bankir və həyat yoldaşının cəsədləri tapıldı
Italiyalı xilasedicilər Siciliya sahillərində lüks yaxtada batan "Morgan Stanley International" şirkətinin direktorlar şurasının sədri Conatan Blumer və onun həyat yoldaşı Cudinin cəsədini çıxarıblar.

Median.Az xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb.

Məlumatlara görə, ümumilikdə, beş cəsəd tapılıb. Bundan əvvəl vəkil Kristofer Morvillo və həyat yoldaşı Nedanın cəsədlərinin tapılması faktı təsdiqlənib. Dünən məlum olub ki, britaniyalı iş adamı Mayk Linçin meyiti tanınıb.

Bundan əlavə, Avropa mediası xilasedicilərin Linçin 18 yaşlı qızı Hannanın da cəsədini çıxardığını bildirib. Bununla belə, Britaniya mətbuatı yazır ki, Linçin qızı hələ də itkin hesab edilir və onun axtarışları davam edir.
Qeyd edək ki, 56 metrlik "Bayesian" yaxtası bazar ertəsi səhər Siciliyanın Portiçello yaşayış məntəqəsi yaxınlığında fırtına zamanı batıb. Versiyalardan birinə görə, gəminin dirəyi əvvəlcə sınıb, sonra isə o dayanıqlığını itirərək batıb. Başqa bir versiyaya görə, fırtına səbəbindən qısa müddətdə gəminin üzərinə çox böyük miqdarda su tökülüb və bu səbəbdən də o dibə çöküb.

Göyərtədə ümumilikdə 22 nəfər olub: 10 ekipaj üzvü və 12 sərnişin. Xilasedicilər 15 nəfəri sağ çıxara biliblər. Qəza baş verən gün bir nəfərin meyiti tapılıb.


Son xəbərlər