Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
11:59 Azərbaycanda idmana 35 milyon manatdan çox pul xərclənəcək | 11:41 Zidan "Yuventus"da işləməyə razıdır | 11:33 Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - FOTO | 11:17 Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib - Foto | 11:13 Azərbaycanda sabiq vəzifəli şəxs restoranda dava saldı: Xəsarət alan var - Hadisənin detalları | 11:08 Prezidentin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı paylaşım edilib | 11:03 General Natiq Əliyevin qızı saxlanıldı | 22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq |
Mojo.az Avto
Mojo.az Avto

Çində istismardan çıxarılan sovet təyyarədaşıyan gəmisində yanğın baş verdi

17.08.2024 20:30 924
Çində istismardan çıxarılan sovet təyyarədaşıyan gəmisində yanğın baş verdi
Çinin Yantszı çayı üzərindəki Nantong şəhərində istismardan çıxarılan "Minsk” təyyarədaşıyan gəmisinin sökülməsi və təmiri zamanı yanğın baş verib.

Bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

Müxbirlərin bildirdiyinə görə, avqustun 17-də səhər saatlarında yanğının böyük hissəsi söndürülüb. Hazırda hadisənin səbəbləri müəyyənləşdirilir.

"Minsk" kreyseri SSRİ-də yığılıb. 1972-ci ildə əsası qoyulub, 1975-ci ildə istifadəyə verilib. Gəmi 1978-ci ildə istismara verilib və 30 iyun 1993-cü ildə donanmadan çıxarılıb. Daha sonra Çinə satılıb və 2006-cı ildə Şenjendəki əyləncə parkının bir hissəsi olub.

2016-cı ildə təyyarə daşıyıcısı Nantong şəhərinə aparılıb. Orada "planlaşdırılmış təyyarə gəmisi tematik parkının” bir hissəsi olması nəzərdə tutulurdu.

Son xəbərlər