Mojo.az Banner
22:57 "Formula-1"lə bağlı mühüm dəyişikliklər  |     22:52 Bakını tərk edən deputat danışdı: “Artıq burada yaşayıram”  |     22:42 Yumurta yeyənlərin diqqətinə: Bu xəstəliyin riski daha aşağı ola bilər  |     22:31 Serdar Ortaç vəsiyyətini açıqladı – Mirası kimlərə qalacaq?  |     22:21 Dünyanın ən böyük neft ehtiyatlarına malik ölkələri açıqlandı - SİYAHI  |     22:10 Universitetin 3-cü kurs tələbəsi vəfat etdi  |     21:53 Ozon dəliyi rekord səviyyədə kiçildi  |     21:48 Bu universitetlərdə dərslər onlayn keçiriləcək  |     21:40 "Bitcoin" sürətlə bahalaşır - Yeni QİYMƏT  |     21:35 Çalışanların 98 faizindən çoxu bu sektordadır - RƏQƏMLƏR  |     21:28 Azərbaycanda ən çox bu xəstəliklərdən əziyyət çəkirlər - RƏSMİ STATİSTİKA  |     21:23 Bakının bu ərazisində zəhərli ilanlar peyda oldu  |     21:15 Bu əsgərlərə pis xəbər: bir neçə ay gec tərxis olunacaqlar – SƏBƏB  |     21:10 Toydan çıxarkən qonşusunu döydü - 2 il 3 ay azadlığı məhdudlaşdırıldı  |     21:02 Bu həftə ən şanslı olacaq BÜRCLƏR  |     20:57 Anasını yemək üstündə döydü - Məhkəmə qərar verdi  |     20:50 "Private Facility Management" və rəhbəri məhkəmə qarşısında - 3000 manatlıq cərimə  |     20:45 Bu qəzadan xəsarət almadan qurtuldular  |     20:39 Payızda oynaq ağrıları niyə artır? - Həkimdən vacib xəbərdarlıq  |     20:36 Bakıda 10 ildən çoxdur satılmayan malikanə: Qiyməti 3 milyon endirildi (FOTO)  |    
Mojo.az Avto
Mojo.az Avto

İsrail HƏMAS-dan ilk mərhələdə 20-35 girovu azad etməsini gözləyir

13.08.2024 18:31 1 245
İsrail HƏMAS-dan ilk mərhələdə 20-35 girovu azad etməsini gözləyir
İsrail hökuməti HƏMAS-dan atəşkəs sazişinin birinci mərhələsi çərçivəsində Qəzza zolağında girov saxlanılan 20-35 nəfərin azad olunmasını tələb etmək niyyətindədir.

Bu barədə "The Jerusalem Post" qəzeti məlumat verib.

Bildirilib ki, bu rəqəmi İsrailin müdafiə naziri Yoav Qalant Knessetdə (ölkə parlamenti) səsləndirib.

Nəşr qeyd edir ki, HƏMAS-ın əlində olan 115 girovdan 76 nəfərin sağ qaldığı hesab edilir. Azad edilənlərin ilk - humanitar qrupuna qadınlar, uşaqlar, yaşlı insanlar, həmçinin yaralı və xəstələr daxil olmalıdır.

Sağ qalan bütün digər girovlar sazişin ikinci mərhələsində təhvil verilməlidir, lakin İsrail və HƏMAS daimi atəşkəs şərtlərini razılaşdırana qədər bu mərhələ həyata keçirilməyəcək.

Bu məsələ üzrə məsləhətləşmələr birinci mərhələdən 16 gün sonra başlamalıdır. Konsultasiyanın ilkin olaraq nəzərdə tutulmuş altı həftəlik müddətdən daha uzun çəkə biləcəyi ehtimal olunur.

Xatırladaq ki, avqustun 9-da Misir, Qətər və ABŞ liderləri birgə bəyanat yayımlayaraq, İsrail və HƏMAS-ı avqustun 15-də Doha və ya Qahirədə Qəzza zolağında atəşkəs danışıqlarını bərpa etməyə çağırıblar. Vasitəçilər, həmçinin ABŞ Prezidenti Co Baydenin irəli sürdüyü və BMT Təhlükəsizlik Şurasının 2735 saylı qətnaməsi ilə dəstəklənən prinsiplərə əsaslanan yekun saziş layihəsini təqdim etməyə hazır olduqlarını bildiriblər.скачать dle 11.3
Mojo.az Banner