Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Yerimə sürəti ömrün uzunluğundan xəbər verə bilər - Yeni araşdırma | 22:55 Hava limanında 20 min dollar tapan şəxslə bağlı qərar verildi | 22:50 Kirayə pulunu ödəmək üçün qapı oğurladı, 23 gün həbs edildi | 22:42 Payız yorğunluğundan xilas olmaq üçün 5 sadə məşq - Mütəxəssisdən tövsiyələr | 22:37 "Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi | 22:30 Xəbəri olmadan adına şirkət açıldı, 634 min manat vergi borcu yarandı (VİDEO) | 22:24 Üzü daha gənc göstərən saç kəsimləri | 22:15 Qazaxıstan və Ermənistan TRIPP-i müzakirə etdi | 22:10 Yaponiyada güclü zəlzələ oldu | 22:03 Bakıda istehlaka yararsız süd məhsulları aşkarlandı | 21:58 Sabah Bakıda yağış yağacaq | 21:50 "Arxa oturacaqda 7 yaşlı qıza əxlaqsızlıq edərkən gördüm ki..." - 67 yaşlı kişidən iyrənc hərəkət | 21:45 Maliyyə yoxlamaları nəticəsində 106,9 mln. manat vəsait bərpa edilib | 21:38 Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? - Hakimdən izah | 21:33 Ərdoğanın keçmiş müavini həbs edildi | 21:26 Ötən ay avtobusla 54 milyona yaxın sərnişin daşınıb | 21:21 Tikinti zamanı ayağı sınan fəhlə "Avrasiya" MTK-dan şikayətçidir - VİDEO | 21:13 Atasından pul oğurlayıb qumar oynayırmış - Məhkəmə bu qərarı verdi | 21:07 "Polis erməni dilində danışmağımı görüb..." - Azərbaycanlı bloger | 21:01 Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib |
Mojo.az Avto
Mojo.az Avto

Ukraynaya ikinci ölkədən hücum olacaq? - Ekspert

12.08.2024 22:19 918
Ukraynaya ikinci ölkədən hücum olacaq? - Ekspert
Belarus Prezidenti Aleksandr Lukaşenko Böyük Britaniyanın konsepsiyasına uyğun olaraq "ölkəmin əbədi dostu yoxdur, əbədi maraqları var" strategiyasından çıxış edir. Lukaşenko Kremlin müttəfiqi sayılsa da, daxilən Rusiyanın Ukraynaya qarşı işğaçlı müharibəsinin əleyhinədir. Çünki belaruslar və Belarus generalları "Kreml istəyir" deyə qardaş Ukrayna ilə savaşmaq istəmirlər.

Median.Az
xəbər verir ki, bu sözləri piolitoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, Lukaşenko məhz bu əhval-ruhiyyənin daşıyıcısıdır:

"Təsadüfu deyil ki, Aleksandr Lukaşenko iyul ayında qərar verərək, qoşunları Ukrayna ilə sərhəddən geri çəkdi. Lukaşenko bunu Ukraynadan təhlükənin olmamasıyla izah etdi. Əslində belə bir təhlükə heç vaxt olmayıb, sadəcə, Lukaşenko qoşunları sərhəddə yerləşdirməklə Kremlin əmrini yerinə yetirirdi.

Lukaşenkonun qoşunları geri çəkmək əmri Ukraynaya imkan verdi ki, sərhəddəki qoşun birliklərini Rusiya ilə döyüş meydanına yönəltsin. Lukaşenkonun məlum qərarı Kremlin narazılığına səbəb oldu. Ukraynanın Rusiya ərazisinə qəfil hücumu Kremlin Lukaşenkoya təzyiqinin artmasına səbəb oldu. Kreml Lukaşenkodan tələb etdi ki, qoşunlarını yenidən Ukrayna ilə sərhəddə toplasın ki, bu, Kiyev üçün əlavə gərginlik mənbəyinə çevrilsin. Lukaşenko yeni əmrə tabe oldu. Bütün hallarda Lukaşenko Rusiyaya görə Ukrayna ilə savaşmaq fikrində deyil. Ancaq başqa hadisə baş verə bilər. Rusiya ordusu Belarus üzərindən Ukraynaya qarşı ikinci cəbhə aça bilər. Əgər Lukaşenko Kremlin bu əmrinə tabe olsa, Ukrayna Rusiya ilə yanaşı Belarusla da savaşmalı olacaq, ukraynalılarla belaruslar bir-birini öldürəcəklər.

Lukaşenkonun soyuqqanlığını qoruyacağına ümid var. Çünki o anlayır ki, Putin slavyan xalqları üz-üzə qoyub və gələcək nəsillər bunu ona nə bağışlayacaq, nə də unudacaqlar".

Son xəbərlər