Mojo.az Banner
11:31 Bakıda "Formula -1"in keçiriləcəyi məkan dəyişə bilər - VİDEO  |     11:27 Azərbaycanda bu şəxslərin MAAŞ və PENSİYALARI ARTIRILIR  |     11:20 Türkiyədə məşhur iş adamının oğlu saxlanıldı  |     23:00 Xocavənddə maşınlar toqquşdu - Xəsarət alanlar var  |     22:54 Pomidor tomatının beyin fəaliyyətinə təsiri ARAŞDIRILDI  |     22:49 “iPhone” istifadəçilərinin diqqətinə!  |     22:42 Bu bürclərin qarşısında yeni qapılar açılır  |     22:37 Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu  |     22:29 Şəmkirdə avtomobil qadını vuraraq öldürdü  |     22:24 Putini G20 sammitinə dəvət etdilər  |     22:18 Ərdoğan Paşinyanı qəbul etdi  |     22:09 "Kurtlar Vadisi"nin ssenaristi HƏBS EDİLDİ: 15 il əvvəlki şübhəli ölüm araşdırılır  |     22:02 Pediatr uşaqların immun sistemi üçün vacib qidaları AÇIQLADI  |     21:57 Gəncə sakini odlu silahdan açılan atəş nəticəsində yaralandı  |     21:48 Ekspertdən xəbərdarlıq: "Yağışlı günlərdə daha kritik vəziyyət yaranacaq"  |     21:43 "Anthropic" və "OpenEvidence" tibbi süni intellekti 100 ölkədə həkimlərə pulsuz təqdim edəcək  |     21:38 Azərbaycanda dəhşətli cinayət: Nənə yeni doğulan nəvəsini avtomobildə boğaraq öldürüb  |     21:34 Azərbaycanda beş dövlət şirkəti ləğv olunur  |     21:29 Bakının bu ərazisində yaşayanlar köçürüləcək - 35 milyon ayrıldı  |     21:21 Bazarda tərəvəz və meyvələrin qiyməti - Hansı məhsul neçəyə satılır?  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda blogerlər üçün reyestr yaradıla bilər? (ŞƏRH)

09.08.2024 19:58 1 242
Azərbaycanda blogerlər üçün reyestr yaradıla bilər? (ŞƏRH)
Rusiyada "Blogerlərin reyestri haqqında” qanun qüvvəyə minib. İstənilən sosial şəbəkədə olmaqlarından asılı olmayaraq blogerlər xüsusi reyestrə daxil edilmək üçün özləri haqqında məlumatları "Roskomnadzor"a təqdim etməsələr, şəbəkə hesabları bloklana bilər.

Bundan başqa qeydiyyatdan keçməmiş kanallarda reklamlar, ianə keçidləri yerləşdirmək və ya məzmunu başqa üsullarla monetizasiya etmək mümkün olmayacaq.

Azərbaycanda belə bir qanunun qəbul edilməsinə və reyestrin olmasına ehtiyac varmı?

Mövzu ilə bağlı Valyuta.az-a danışan iqtisadçı Xalid Kərimli bildirib ki, Azərbaycanda bu qanunun qəbul edilməsinə, məhdudlaşmalar qoyulmasına heç bir ehtiyac və səbəb yoxdur:

"Bu qanunun Rusiyada qəbul edilməsi o demək deyil ki, Azərbaycanda da bu qanun qəbul edilsin".

Xalid Kərimli qeyd edib ki, reyestr oldu, ya olmadı, vətəndaş harda olmasından və pul qazanmasından asılı olmayaraq, öz qazancından gəlir vergisi verməlidir:

"Bu verginin formaları fərqli olur. Blogerlik də sərbəst fəaliyyət olduğuna görə qazanclarının 20 faizini gəlir vergisi kimi verməlidir. Bu vergini vermirsə, qaydaları pozmuş olur. Buna görə də onlar cərimələnməlidir".
скачать dle 11.3
Mojo.az Banner